Tarix: 02-08-2016 19:31 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Azərbaycan Beynəlxalq Bankının (ABB) özəlləşdirilməsi bu il baş tutmayacaq.
Bunu "Reuters"ə müsahibəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bildirib.
R.Aslanlı deyib ki, aktivlərinə görə Azərbaycanın ən iri bankı olan ABB özəlləşdirmə üçün hazırlanır."Hökumət ABB-nin problemlərinin əksəriyyətini həll edib, lakin özəlləşdirmə prosesi müəyyən vaxt aparır və özəlləşdirmə bu il real deyil".
R.Aslanlı bildirib ki, artıq banklar "üzən məzənnə" rejiminə uyğunlaşıblar:
"Bankların yeni reallıqlara uyğunlaşdırılması bitib və biz təkmilləşdirmələrə başlanması haqda danışa bilərik".
Palata sədri vurğulayıb ki, bütün digər banklar kapital tələblərinə cavab verir və hər hansı bankın bağlanması gündəmdə deyil:
"Bu il on kommersiya bankı lisenziyasını itirib. ABB və "Bank Standard" "reabilitasiya" altındadır".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək