Tarix: 18-07-2016 12:43 | Bölmə: İqtisadiyyat / Xəbərlər

"Beynəlxalq Valyuta Fondu neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir göstərəcəyini bildirsə də, bu baş vermədi".
Reyting.az Trend-ə istinadən bildirir ki, bu barədə maliyyə naziri Samir Şərifov "Financial Times" nəşrinə müsahibəsində deyib. Nazir bildirib ki, bəzi ölkələrin yardıma möhtac olması onlara Beynəlxalq Valyuta Fonduna müraciət etməsində maneədir: "Nəticədə kiçik problem böyüyür".
Bir müddət öncə Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna 4 mlrd. dollarlıq kredit üçün müraciət etməsi ilə bağlı yayılan xəbərə münasibət bildirən nazir qeyd edib ki, olduqca kiçik həcmdə xarici borcu və 34 mlrd. dollarlıq ehtiyata malik suveren fondu olan ölkənin bu vəsaitə ehtiyacı yoxdur: "Beynəlxalq Valyuta Fondu Azərbaycana bazarda mövcud olan faizlərdən aşağı dərəcə ilə kredit ayıra bilərdi. Söhbət iqtisadiyyata yardımdan yox, daha ucuz maliyyə vəsaiti cəlb etməyə yardım etməkdən gedir. Hazırda fond bu məsələləri həll etmək üçün dörd məhsul üzərində işləyir. Buna baxmayaraq, iri maliyyə vəsaitlərinin üstündə oturan və onları bölüşdürə bilməyən institut var".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək