Tarix: 08-06-2016 12:56 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bir sıra addımlar atmalıdır.
Reyting.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dünya Bankının (DB) "Global Economic Prospects" adlı hesabatında deyilir.
Hesabat müəllifləri bildirir ki, dünya bazarında neftin qiymətinin aşağı olması hələ də Azərbaycan, Rusiya və Qazaxıstana mənfi təsir edir.
"Hətta Azərbaycan kimi iri valyuta ehtiyatlarına malik olan ölkələr fiskal konsolidasiyaya təzyiqlə üzləşir. Azərbaycan hökuməti ortamüddətli perspektivdə fiskal vəziyyətin pisləşməsinin qarşısını almaq üçün bir sıra addımlar atmalıdır. Milli valyutaya təzyiqlərin davam etməsi, problemli kreditlərin artması, inflyasiyanın yüksək templəri neft ixracı ilə məşğul olan ölkələri pul-kredit siyasətlərini sərtləşdirməyə vadar etdi. Söhbət Rusiya, Azərbaycan və Qazaxıstandan gedir. Hələ bir müddət bu ölkələrin ehtiyatları azalacaq, milli valyutaları təzyiq altında qalacaq",- deyə hesabatda qeyd edilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək