Tarix: 19-01-2016 14:35 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Azərbaycanın strateji valyuta ehtiyatları 40 mlrd. ABŞ dollarına bərabərdir.
"APA-Economics”in məlumatına görə, bunuMilli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E. Rüstəmovun sözlərinə görə, dünyada baş verən proseslər, neftin qiymətinin 4 dəfə aşağı düşməsi səbəbindən xərclərimiz gəlirlərimizi ödəmir. E. Rüstəmov əlavə edib ki, neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün olmadığından büdcə xərclərində qənaət edilməsi vacibdir: "Bu gün bizim strateji valyuta ehtiyatlarımız 40 milyard dollardır. Bu, sabitlik komfortudur. Neftin qiyməti ilə bağlı proqnoz vermək mümkün deyil ki, bu nə qədər davam edəcək. Buna görə, strateji valyuta ehtiyatları ilə bağlı kifayət qədər ehtiyatlı davranmalıyıq".
E.Rüstəmov dolların məzənnəsi ilə bağlı yayılmlş şayiələrə də aydınlıq gətirib: "Bu gün şayiələr gəzir ki, guya dolların məzənnəsi 2 - 2,5 manat olacaq. Bu söz-söhbətlər həqiqəti əks etdirmir".
E. Rüstəmov əlavə edib ki, bəzi möhtəkirlərin vəziyyətdən sui-istifadə etməməsi üçün ölkədə
200-dək valyutadəyişmə məntəqəsi ləğv edilib: "Artıq mübadilə əməliyyatları bankların daxilində aparılır və bu amil ajiotajın aradan qalxmasına səbəb olacaq".
Manatın bugünkü məzənnəsini sərt eniş adlandıran E. Rüstəmov əlavə edib ki, neftin qiymətinin 25-30 dollar ətrafında proqnozlaşdırıldığından makroiqtisadi sabitlik üçün iqtisadiyyat neftin qiymətinə uyğunlaşdırılmalıdır.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək