Tarix: 22-01-2026 08:42 | Bölmə: İqtisadiyyat / Xəbərlər

Dünyada ən böyük, həmçinin "Saf torpağın ulduzu" adlandırılan 3563 karatlıq bənövşəyi sapfir nümayiş olunub.
Reyting.az-ın məlumatına görə, Şri-Lankada nümayişə çıxarılan daş 2023-cü ildə "qiymətli daşlar şəhəri" kimi tanınan Ratnapura bölgəsində tapılıb.
"Associated Press" nəşri yazır ki, sapfirlə bağlı danışan məsləhətçi-gemmoloq Aşan Amarasinqhenin sözlərinə görə, qeyri-adi olan bu gözəl daş dünyada rəsmi qeydə alınmış ən böyük təbii bənövşəyi sapfirdir.
Daş altı şüalı ulduz effekti, xüsusi asterizmi ilə seçilir.
Sapfir tapıldıqdan dərhal sonra digər daşlarla birlikdə satılıb. Təxminən iki il sonra isə onun çox nadir nümunə olduğu müəyyən edilib və iki böyük laboratoriyada sertifikatlaşdırılıb.
Sahibləri sapfiri yenidən satışa çıxarmağa hazırdır. Beynəlxalq qiymətləndiricilər onun dəyərinin təxminən 300-400 milyon dollar arasında olduğunu bildiriblər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək