Tarix: 02-06-2016 11:24 | Bölmə: İqtisadiyyat / Xəbərlər

2016-cı ilin yanvar 1-ə "Azərenerji” ASC-nin aktivləri 4 mlrd. 259,591 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin əvvəli ilə müqayisədə 23,21 faiz azalma deməkdir.
Reyting.az "APA-Economics”ə istinadən
xəbər verir ki, aktivlərin 3,77 mlrd. manatı uzunmüddətli, 485,229 mln. manatı
isə qısamüddətlidir.
Hesabat dövründə dövlət şirkətinin öhdəlikləri 7,16 faiz artaraq 3,5 mlrd.
manata çatıb ki, bundan təxminən 2 mlrd. manatı uzunmüddətli, 1,5 mlrd. manatı
isə qısamüddətli öhdəliklərdir.
Uzunmüddətli
öhdəliklərin strukturuna nəzər salsaq görərik ki, 1,659 mlrd. manat ssudalar və
borc vəsaitlərinin uzunmüddətli hissəsi, 234,677 mln. manat dövlət
subsidiyalarının payına düşür. Qısamüddətli öhdəliklərin tərkibində isə 725,012
mln. manatla ssudalar və borc vəsaitlərinin qısamüddətli hissəsi, 482,049 mln.
manatla ticarət və digərkreditor
borcları yer alıb.
Ötən il ərzində ASC-nin nizamnamə kapitalı dəyişməyərək 1 mlrd. 760,495 mln.
manat olaraq qalıb. Şirkətin məcmu kapitalı isə 2015-ci ildə 67,19 faiz azalaraq 759,234
mln. manata çatıb.
"Azərenerji”nin yığılmış zərəri 1 mlrd. 550,428 mln. manat səviyyəsinə yüksəlib.
Şirkət ötən ilin 870,530 mln. manat zərərlə başa vurub.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək