Tarix: 28-07-2017 14:12 | Bölmə: İdman / Xəbərlər

Dünən FİFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Reyting.az saytı Apasport.az-a istinadla xəbər verir ki, ali futbol qurumu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verib.
FİFA bununla bağlı rəsmi saytındakı cədvəli yeniləyib.
Qurum ötən ay keçirilən Azərbaycan – Şimali İrlandiya matçını da unutmayıb. İyunun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada azarkeşlərin qeyri-etik davranışı AFFA-ya baha başa gəlib. Belə ki, məhz bu üzdən assosiasiya 2000 İsveçrə frankı (3500 manat) cəriməyə məruz qalıb. Bununla yanaşı, qarşıdakı oyunlarda eyni halın təkrarlanmamağı ilə bağlı xəbərdarlıq da edilib.
Qeyd edək ki, ötən il keçirilən San Marino – Azərbaycan (0:1) və Azərbaycan – Norveç (1:0) qarşılaşmalarına görə, FİFA AFFA-ya xəbərdarlıq göndərməklə kifayətlənmişdi. Sentyabrın 4-də San Marino səfərində azarkeşlərin davranışına, oktyabrın 8-də isə Norveçlə Bakıdakı matçın hər iki hissəsi vaxtından gec start götürdüyünə görə, assosiasiya xəbərdarlıq almışdı.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək