Tarix: 27-01-2026 18:00 | Bölmə: İdman

Azərbaycanda keçirilən III MDB Oyunları üçün təmir olunan Şəki Olimpiya Kompleksi yenidən qurularkən ciddi səhvlərə yol verilib.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gənclər və İdman Nazirliyi tərəfindən arenada asılan tablolarda yunan-Roma güləşçisi Vitaliy Rəhimovun adı da Olimpiya mükafatçısı kimi qeyd edilib.
Maraqlısı budur ki, Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Onun haqqında 2016-cı ildə bu cür qərar verilib.
Səbəb idmançımızın dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib.
Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı tapılıb.
Bütün bunlara baxmayara ötən il MDB Oyunları üçün təmir olunan kompleksdə onun adı hələ də Olimpiya mükafatçıları sırasında qalır.
Tabloda digər səhv isə Olimpiya mükafatçımız Xetaq Qazyumovun adı ilə bağlıdır. Belə ki, onun adı “Xetaq Gazümov” kimi qeyd edilib.
Gənclər və İdman Nazirliyinə bununla bağlı soruğu ünvanlamaq istəsək də, nazirliyin mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev zənglərimizə cavab vermədi.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək