Tarix: 10-02-2026 09:12 | Bölmə: İdman

"Qarabağ" və "Neftçi" komandaları Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Reyting.az-ın məlumatına görə, Ağdam təmsilçisi XIX turda "Şamaxı"nın qonağı olacaq.
Qarşılaşma Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Meydan sahibləri 23 xalla 8-ci, Ağdam klubu 39 xalla ikinci pillədə qərarlaşıb.
Turun son matçında "Qəbələ" səfərdə "Neftçi" ilə üz-üzə gələcək. Bu oyun saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 24 xallla 7-ci, qonaqlar 14 xalla 10-cu sıradadır.
Misli Premyer Liqası
II dövrə, XIX tur
14:30. "Şamaxı" – "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şamaxı şəhər stadionu
19:00. "Neftçi" – "Qəbələ"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov.
VAR: Cavid Cəlilov.
AVAR: Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Palms Sports Arena".
Qeyd edək ki, XIX turun daha əvvəl keçirilən görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı (4:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Turan Tovuz" "Karvan-Yevlax"ı (1:0) üstələyib, "İmişli" - "Kəpəz" görüşündə isə hesab açılmayıb.(Report)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək