Tarix: 20-10-2016 12:01 | Bölmə: İdman / Xəbərlər

Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyo Qauşo Azərbaycana gəlib.
Reyting.az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu Modern.az-a deyib ki, bu səfərin AFFA ilə əlaqəsi yoxdur.
"Qəbələ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə bildirib ki, Ronaldinyonu Bakıya "Qəbələ” futbol klubunun prezidenti Tale Heydərov gətirib.
Ronaldinyonun Bakıya "Qəbələ” ilə əməkdaşlıq üçün dəvət olunduğu bildirilib:
"Bu gün saat 16:00-da Bakı
Olimpiya Stadionunda Ronaldinyo ilə "Qəbələ” klubunun əməkdaşlığına dair
mətbuat konfransı keçiriləcək. Konfransda bütün suallar cavablandırılacaq”.
Qeyd edək ki, "Qəbələ”nin prezidenti Tale Heydərov Azərbaycanın fövqəladə
hallar naziri Kəmaləddin Heydərovun oğludur.
Xatırladaq ki, "Barselona”, PSJ və "Milan”ın sabiq futbolçusu Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.
2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək "Qızıl top” mükafatını qazanıb.
FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək