Tarix: 15-09-2016 09:25 | Bölmə: İdman / Xəbərlər
Çempionlar Liqasında daha 4 qrupda mübarizəyə start verilib.
Reyting.az saytı APA-ya istinadən xəbər verir ki, E, F, G, H qruplarında çıxış edəcək komandalar qitənin ən nüfuzlu klub turnirində sınağa başlayıblar.
E qrupunda "Tottenhem” öz meydanında "Monako”ya məğlub olub. Moskva MOİK-i isə Leverkuzen səfərindən əzmkar heç-heçə ilə dönür.
F qrupunda da azarkeşlər maraqlı mübarizəyə şahidlik ediblər. "Real” "Sportinq” qarşısında son dəqiqələrə 0:1 yenik girməsinə baxmayaraq, Ronaldo və Moratanın qolları ilə qələbə qazana bilib. "Borussiya” D. isə Varşavada "Legiya”ya rəhm etməyib - 6:0.
İngiltərə çempionu "Lester” Çempionlar Liqasında debüt matçında "Brügge” səfərində 3 xalı 3 qolla qazanıb. Turnirin ən təcrübəlilərindən olan "Porto” isə "Kopenhagen”lə bacarmayıb - 1:1.
Gecənin yeganə qolsuz oyunu "Yuventus”la "Sevilya” arasında olub - 0:0. "Lion” isə Zaqreb "Dinamo”suna 3 qol vurub.
Ötən gün yağış səbəbindən təxirə salınan C qrupunun qarşılaşması olan "Mançester Siti” – "Borussiya” M. görüşü də keçirilib. "Şəhərlilər" 4 cavabsız qola seviniblər.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur
C qrupu
"Mançester Siti” (İngiltərə) – "Borussiya” M. (Almaniya) - 4:0
Qollar: Aquero, 9, 28 (pen.), 77. İhenaçço, 90+1
E qrupu
"Tottenhem” (İngiltərə) – "Monako” (Fransa) - 1:2
Qollar: Alderveyld, 45 - Silva, 15, Lemar, 31
"Bayer” (Almaniya) – MOİK (Moskva) - 2:2
Qollar: Mehmedi, 9, Hakan, 15 - Zaqoev, 36, Yeremenko, 38
F qrupu
"Real” (İspaniya) – "Sportinq” (Portuqaliya) - 2:1
Qol: Ronaldo, 89, Morata, 90+2 - Sezar, 48
"Legiya” (Polşa) – "Borussiya” D. (Almaniya) - 0:6
Qollar: Götze, 7, Papastapulos, 16, Bartra, 18, Gerrero, 51, Kastro, 76, Obameyanq, 87
G qrpupu
"Brügge” (Belçika) – "Lester” (İngiltərə) - 0:3
Qollar: Olbrayton, 5, Mahrez, 30, 61 (pen.)
"Porto” (Portuqaliya) – "Kopenhagen” (Danimarka) - 1:1
Qollar: Otavio, 13 - Kornelius, 52
H qrupu
"Yuventus” (İtaliya) – "Sevilya” (İspaniya) - 0:0
"Lion” (Fransa) – "Dinamo” Z. (Xorvatiya) - 3:0
Qollar: Tolisso, 13, Ferri, 49, Kornet, 57.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək