Tarix: 17-08-2016 11:34 | Bölmə: İdman / Xəbərlər

"Bura qızıl medal üçün gəlmişdim, amma təəssüflər olsun ki, qazana bilmədim. Məni dəstəkləyənlərin hamısına çox minnətdaram".
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın AzNews.az-a verdiyi məlumata görə, bunu "Rio-2016”-da bürünc medal qazanan güləşçimiz Rəsul Çunayev deyib.
R.Çunayev yarımfinalda məğlub olmasının səbəbindən də danışaraq deyib ki, çoxdandır 66 kq çəki dərəcəsində çıxış etmirdim, Olimpiadaya düşmək üçün çəkimi aşağı salmalı oldum: "Çəkimi aşağı salmağım böyük rol oynadı, qısa vaxt ərzində döşəyə çağırdılar, istirahət etməyə imkan olmadı. Həm də, püşküm çətin idi. Tanıdığım rəqiblər idi. Rəqiblərim olimpiya, dünya çempionları idi, gərək güclünü məğlub edəsən ki, qalib gələsən. Yalnız yarımfinal görüşündə bu alınmadı”.
Qeyd edək ki, Azərbaycanın yunan-roma güləşçisi R.Çunayev "Rio-2016” Olimpya Oyunlarında bürünc medal qazanıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək