Tarix: 11-07-2016 12:37 | Bölmə: İdman / Xəbərlər

Avropa çempionatının final oyunu da başa çatıb. Final oyununda Portuqaliya və Fransa komandaları qarşılaşıb. Portuqaliya komandasının aparıcı futbolçusu Kriştiano Ronaldo matçın 17-ci dəqiqəsində Dmitri Paye ilə mübarizədə dizindən zədə alıb. Ronaldo həkimlərin müdaxiləsindən sonra yenidən meydana qayıtsa da, oyunu davam etdirə bilməyib. Bu səbəbdən də onu əvəzləmək məcburiyyətində qalıblar. 31 yaşlı futbolçu meydanı xərəkdə gözyaşları ilə tərk edib.
Oyunun sonrakı hissəsində Fransa bir neçə dəfə hesabı açmağa yaxın olsa da, meydan sahibləri bunu bacarmayıblar. Beləliklə, oyunun əsas vaxtı heç-heçə yekunlaşıb.
Əlavə vaxtda isə Portuqaliyanın oyunçusu Eder 109-cu dəqiqədə hesabı açıb. Sonrakı dəqiqələrdə isə Fransa hesabı dəyişə bilməyib. Beləliklə, Portuqaliya ilk dəfə Avropa çempionu olub.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək