Tarix: 05-04-2017 15:00 | Bölmə: Şou-biznes

"Artıq özümə deyirəm ki, Firuzə qınından çıx, dəyiş. Məni bu sənətdən küsdürən səbəblər çoxdur”.
Bu sözləri əməkdar artist Firuzə İbadova "10-dan sonra” verilişində deyib.
Efirdə fonoqramla oxuyan həmkarlarını tənqid edən müğənni onları canlı oxumağa dəvət edib:
"Canlı oxuyun da, o boyda səsiniz var. Elə xalq artisti var ki, xalq mahnılarımızı bilmir. Müğənninin səsi səhər də, günorta da, axşam da işləyir. Bunu bəhanə edirlər. Ürək varsa, səs də var. Səsim işləmirsə, gedib evdə oturmalıyam. Bunu əməkdar və xalq artistlərimizə deyirəm. Gənclərə deyə bilmərəm, yoxsa məni paxıllıqda günahlandırarlar.
Mən sənətə pul üçün gəlməmişdim. Açıq-saçıqlığın tərəfdarı deyiləm. Müğənni ancaq səsini nümayiş etdirməlidir. Məni küsdürən, incidən səbəblər çoxdur. Çox vaxt verilişə dəvətləri qəbul etmirəm. Gedəcəm, burada sənətə hörmət etməyən gənc müğənni oturacaq, məni öz səviyyəsinə salacaq, özünü mənim səviyyəmə qaldıracaq".(axşam.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək