Tarix: 10-10-2016 17:21 | Bölmə: Şou-biznes

"Milli Televiziya və Radio Şurası (MTRŞ) əvvəlki dövrlərdə aşağı səviyyəli yumorla, "qara yumor"la bağlı dəfələrlə kanallara xəbərdarlıqlar edib və problemləri aradan qaldırıb. Amma təəssüf ki, hazırda bu kimi hallar yenidən ortaya çıxır”.
Reyting.az-ın məlumatına görə, bunu "Report”-a açıqlamasında MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov deyib.
Onun sözlərinə görə, bu məsələlər şuranın nəzarətindədir:
"Bu, daha çox yaradıcılıq məsələsidir, əslində, MTRŞ yayımçıların yaradıcılıq işinə qarışmır. Amma hər halda kanallar da bundan istifadə edib, reytinq xatirinə efiri səviyyəsiz materiallarla doldurmamalıdır”.
Şöbə müdiri bildirib ki, o, şəxsən "Bozbaş pikçers”in ATV-də yayımlanmasını başa düşmür:
"Bəlkə də yaxşı reytinq gətirir, ona görə. Yumoristik layihələrdə, seriallarda Azərbaycan mentalitetinə zidd davranışlar, zarafatlar, şitlik mövcuddur. Belə davam etsə, yəqin ki, yenidən bu məsələlərin ciddi monitorinqlərinə start veriləcək”.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək