Tarix: 25-08-2016 14:38 | Bölmə: Şou-biznes

Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Reyting.az Axşam.az-a istinadən xəbər verir ki, məhkəmə Təranə Qumralı şikayətçilərin şərəf və ləyaqətini təhqir etməkdə, böhtan atmaqda və onların işgüzar nüfuzuna xələl gətirməkdə təqsirli bilib.
Vəkili Adəm Məmmədov bildirib ki, qərara görə, T.Qumral qarşı tərəfə 3 min manat təzminat ödəməli və efir vasitəsi ilə onlardan üzr istəməlidir:
"O, qərardan narazı qalıb və Apelyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə müraciət edib. Lakin qərar yenə dəyişməyib.
Qərarın icrasını yerinə yetirmək Təranə Qumralın qeydiyyatda olduğu Nərimanov Rayon İcra şöbəsinə tapşırılıb.
Əgər məhkəmənin qərarı yerinə yetirilməzsə, Təranə Qumral inzibati məsuliyyətə, həm də cinayət məsuliyyətinə cəlb olunacaq. İnzibati məsuliyyətə cəlb olunsa, 500 manatdan 1000 manata qədər cərimə olunacaq. Bir aya qədər də inzibati həbs oluna bilər. Əgər həbsdən sonra da cəriməni ödəməsə və üzr istəməsə, icra məmurları tərəfindən istintaq idarəsinə təqdimat veriləcək. Belə olan halda müğənnini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə 5 il həbs gözləyir”.
Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı:
"Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək