Tarix: 27-07-2016 17:39 | Bölmə: Şou-biznes
Bu gün ölkə.az saytına özünü Aynur Sadıqova kimi təqdim edən xanım, biznes-ledi Ruhi Əliyeva haqqında ittihamlar səsləndirib. A.Sadıqovanın iddialarına görə, o, 15 il əvvəl R.Əliyevaya görə, 2 min dollar pul ödəyib və pulunu geri tələb edir.
Ruhi Əliyeva primetime.az-a açıqlamasında haqqında səslənən ittihamların yalan olduğunu bildirib. O, A.Sadıqovanı məhkəməyə verəcəyini söyləyib: "O xanımın adını ilk dəfədir eşidirəm. Mənə oxşarlığı olduğunu deyir. Şəklinə baxdım, gülməyim gəldi. Axı, bizim biri-birimizə bənzərliyimiz yoxdur”.
Ruhi xanım deyib ki, yalan ittihamlar, böhtan məhkəmə müstəvisində həll olunacaq:
"Azərbaycanın şah qanunlarına inanıram vəhər şeyin qanun çərçivəsində həll olunacağına əminəm. Hazırda Bakıda deyiləm. Avqustun 15-i vətənə dönəcəyəm. Azərbaycana gələn kimi bu əsassız ittihamlara qarşı lazımi tədbir görəcəyəm. O xanımla məhkəmədə görüşəcəyəm".
Ruhi onu da əlavə edib ki bu, sifarişli bir böhtandır:
"Mən təxmin edirəm, olanların arxasında kim dayanıb. Baş verənlər mənim nüfuzuma xələl gətirmək məqsədi ilə düşünülüb. Bəlkə də adıçəkilən xanımın heç günahı yoxdur. O, kimlərsə tərəfindən düşünülmüş qurban ola bilər. Amma xanımın pula bu cür ehtiyacı var idisə, mənə müraciət edərdi. Mən bir qadın kimi ona yardım əlimi uzadardım.
Ancaq onun bu gün atdığı addım böyük bir cinayətdir. Bəlkə də bu, pul qazanmağın yeni növüdür. Yersiz ittihamlar və təhdidə görə məsuliyyət daşımaq lazımdır. Bunların hər birinin hesabını mən yox, qanun tələb edəcək. Xanım etdiyi açıqlamalarla mənim adıma və ictimai nüfuzuma xələl gətirə bilməyəcək".
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək