Tarix: 21-01-2016 15:28 | Bölmə: Şou-biznes

Əməkdar artist Mehriban Xanlarova ilə
müğənni Kərim Abbasov arasındakı qalmaqal daha da şiddətlənib.
Reyting.az axşam.az saytına istinadən xəbər verir ki, ifaçının
bir neçə gün əvvəl sosial şəbəkədə aktrisanın fotosunu paylaşaraq, onu tənqid
etməsi qarşı tərəfi özündən çıxarıb.
Bu səbəbdən də M.Xanlarova
K.Abbasovun məhkəmədəki üzrünü qəbul etmədiyini bildirib:
"Sabah saat 5-də məhkəmə olacaq və son qərar veriləcək. Bir neçə gün əvvəl
məhkəmə oldu, Kərim məndən 4-5 dəfə üzr istədi. Hakimə dedim ki, bağışlamıram.
Çıxandan sonra fotonu paylaşıb. Bundan sonra heç bağışlamayacam. İnsanların
mənim ünvanıma yazdıqları təhqirləri və Kərimin paylaşımını çıxardıb, məhkəməyə
təqdim etmişəm. Bu təhqirlərə də o yol verib.
Deyir, "Mən İnstaqram işlətmirəm, köməkçim edib”. İşçisi də
buna görə məsuliyyət daşıyır. İkisinə də 1 milyon manat təzminat qoymuşam. Eyni
zamanda İnstaqramda və saytlarda rəsmi şəkildə məndən üzr istəyəcək, bir daha
mənimlə bağlı paylaşım etməyəcək”.
Qeyd edək ki, K.Abbasov M.Xanlarova ilə bağlı bu sözləri yazıb:
"Həci xanım və əməkdar artist Mehriban Xanlarovanı doğrudan çox istəyirəm. Əsl
nümunəvi Azərbaycan xanımıdır. Mehriban xanım, mən sizdən dönə-dönə üzr
istəyirəm. Pis insan mənəm. Siz çox gözəl insansınız, belə də qalın. Mən
istəyərdim ki, televiziyada olan dostlarım Mehriban xanımı tez-tez efirlərə
çağırsınlar. Əsl tərbiyədən və ailə mövzusundan gözəl anlayışı olan sənətkardır
və hamıya məsləhətlərini verə bilər. Mehriban xanım, sizə yalnız alqışlar
düşür".

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək