Tarix: 16-06-2016 15:14 | Bölmə: Şou-biznes

Mərhum xalq artisti İlhamə
Quliyevanın evindən oğurluq olub.
Bunu xalq
artistinin bacısı Gülbahar Quliyeva deyib. O bildirib ki, artıq bu hadisəylə
bağlı Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət olunub:
"İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur.
Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülki bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır”.
İ.Quliyevanın bacısı "bu oğurluğa görə kimdən
şübhələnirsiniz?”, - sualına isə bu cür cavab verib: "Mən indi heç kəsin adını çəkmək istəmirəm. İlhamə
xanımın evindən oğurluq edənləri gözümlə görüb, əlimlə tutmamışam. Prokurorluq,
müstəntiq və dövlətimiz var. İş gedir. Qoy bütün bu işləri onlar müəyyən
etsinlər”.
Lent.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək