15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Kamran Həsənli: “Elgiz kimi verilişlərimdə “arvad söhbətləri” etməmişəm”
Tarix: 18-12-2023 17:53 | Bölmə: Şou-biznes

“Hazırladığım bütün layihələrim baxımlı, reytinqli olub. Hər zamanda verilişlərimdə “Turançılıq”, “Türkçülük” təbliğ olunub. Hətta verilişlərimin sonunda “Tanrı sizi qorusun” demişəm. “Sizin saat” verilişində qonaqlarım incəsənət nümayəndələrindən savayı ölkəmizin adını və bayrağını ucaldan idmançılarımız, çempionlar olub. Onları biz efirdə təbliğatını aparmışıq. İndi televiziyaları zəbt edən aparıcılar məcbur edirlər ki, bunları danışaraq özümü reklam edim. “Musiqili meydan” verilişinin isə onlarla ulduzun populyarlaşmasında böyük rolu olub”.
Bu sözləri aparıcı Kamran Həsənli Bizim.Media-ya açıqlamasında deyib.
Bu gün Elgiz Əkbərin aparıcısı olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində söylədiyi “Sən başlamısan həmkarlarını təhqir etməyə və ünvanlarına artıq-əskik sözlər deməyə... Bu layiqli bir işdir? Sən bəs nə etmisən?
Azərbaycan televiziya tarixinə hansı verilişi gətirmisən və nə ilə yadda qalmısan? De, biz də bilək” sözlərinə Kamran belə reaksiya verib:
“Əleyhimə danışan aparıcıların apardıqları verilişlərin əksəriyyəti “Sizin saat” layihəsinin “prototipi”, oxşarı, təkrarıdır. “Studiyada divan, qonaqlar gəlir, mövzu müzakirəsi və musiqi” formatını Azərbaycan televiziyasına mən gətirmişəm. Bu formatın isə “talk show”nu mən gətirmişəm efirə. Adı da “Sizin saat” olub.
Necə baxılması və reytinq verməsi də göz qabağında olub.
Tamaşaçılar qapının ağzında saatlarla gözləyirdilər ki, studiyaya girsinlər. Biz tamaşaçılara pul vermirdik ki, gəlib bizim verilişdə iştirak etsinlər. Onlar pul verirdilər ki, studiyaya içəri keçib, proqramımızda iştirak etsinlər. Bu format dəyişilməlidir. Mən olsaydım, televiziyada bu formatı ləvğ edərdim.
23 il əvvəl ilk canlı efir də mənim təqdimatımda “Space” televiziyasında olub. Bu format isə məcburiyyətdən olub. Çünki studiyamız belə yox idi. Bizə kiçik bir otaq verilmişdi və biz oranı studiyaya çevirmişdik. Amma orada etdiyimiz “Sizin saat” proqramının reytinqi indikilərdən qat-qat artıq idi. İlk mövzumuz isə sənətçilərin açıq-saçıq geyimləri idi. Müzakirəni isə dini xadimlə, Xalq artisti Brilliant Dadaşova ilə aparmışdıq. Biz belə başlamışdıq verilişlərimizə...”
Kamran Həsənli bildirib ki, hazırda telekanallarda yayımlanan verilişlərin əksəriyyəti onun 23 il əvvəl televiziyaya gətirdiyi “Sizin saat” layihəsinin təkrarıdır:
“Özlərini aparıcı sayanların apardığı verilişlər “Sizin saat”ın təkrarıdır. 23 ildir ki, bu formatı dəyişə bilməyiblər. Kənardan gələn xarici layihələri təkrarlaya bilirlər, amma Kamran Həsənlinin ideyası olan “studiyada divan, qonaqlar gəlir, mövzu müzakirəsi və musiqi” formatını dəyişə bilmirlər. Onlar o formatdan çıxsınlar, sonra mənim haqqımda və arxamca danışarlar”.
Həsənlinin Elgiz Əkbərin “İki-üç əyalətdən gələn qadın müğənniləri toqquşdurub, verilişində dalaşdırmısan. Ondan başqa sənin nə verilişin olub? Sənin hansı müəllif layihən olub? Nə ilə yadda qalmısan? İki müğənnini verilişə çağırıb dalaşdırmağa nə var ki?” fikirlərinə münasibəti isə belə olub:
“Mən ondan (Elgiz Əkbəri nəzərdə tutur – red.) fərqli olaraq ər və qadının arasına girib onları dalaşdırmamışam. O ki, qaldı müğənniləri dalaşdırmağıma... Onları sənət üstündə toqquşdurmuşam. Onları sağlam rəqabətə dəvət etmişəm. Əyalətdən də gələ bilərdi, Bakıdan da. Siz niyə uzağa gedirsiniz ki, müğənni Tünzalə Ağayeva “Musiqili meydan” verilişinə əyalətdən, Tovuz rayonundan gəlib. Amma indi o gözəl müğənni və “Xalq artisti” fəxri adını daşıyır.
Abbas Bağırov isə Gəncədən gəlib. Onlar hamısı ortalığa “Musiqi meydan” proqramı vasitəsi ilə çıxıblar. Onun əyalətə bu qədər nifrəti var? Əyalət bizim canımız, qanımızdır. Belə söhbətlər etmək heç düzgün deyil. Amma ər və arvadı efirə çağırıb, “bibi, qayınana nə etdi?” kimi arvad söhbətləri etmirdim və belə mövzuları təbliğ etmirdim”.
Kamran telekanallarda yayımlanan ictimai-sosial proqramlarının fəaliyyətini və aparıcılarını sərt şəkildə tənqid edib:
“Onları nəzarət etmək üçün televiziyalarda heç bir quruma və ya “Bədii şura”ya ehtiyac yoxdur. Mən televiziyalarda senzuranın əleyhinəyəm. Azərbaycanda televiziya formatı yoxdur. Bunlar küçədən gələn qeybətcil, “arvad söhbəti” edən insanlardır. Təsadüfən çıxıblar efirlərə və bu efirləri alıblar əllərinə. Bu format yerli-dibli silinməli və yeni televiziya konsepti yaradılmalıdır.
Televiziya rəhbərinin mütləq şəkildə milliyətçi düşüncəsi olmalıdır. Tarixi biliyi, siyasi düşüncəsi, musiqi bilicisi olmalıdır, dövləti və dövlətçiliyi sevməlidir ki, bu millətin adına layiqli verilişlər və layihələr yaratsın. İstəyir şou, musiqi, xəbər və əyləncə olsun... Əsas odur ki, tamaşaçı bu verilişlərə baxanda ürəyi bulanmasın. Orada millətimizin adına ləkə və rəzillik gətirəcək məqamlar olmasın. Çünki bizə bütün dünya baxır”.
K.Həsənli bildirib ki, hazırladığı verilişlər hər zaman uğurlu və reytinqli olub.
“Bir verilişə saat yarım içində bir milyondan çox sms gəlib. Bu televiziyanın rekordudur. Siz indi oturub nədən danışırsınız? Bir milyon yarım manat pul edir. Onlar məni məcbur edirlər ki, özümdən danışım.
Mən onlara öz çıxışımla göstərdim ki, əsl reytinq nədir. Bütün ölkə həmin verilişə, mənim çıxışıma baxdı. Mən haqqımda xoş olmayan sözlər danışan aparıcılara öz çıxışımla “master class” keçdim. Bütün televiziyalar mənə qarşı böyük “divar” yaradıblar. Çünki mən efirə gəlsəm, bütün format dəyişiləcək.
Bu gün reytinq sosial şəbəkədədir.
Sosial şəbəkələrdə isə insanlar televiziyaları söyür. Onların isə üzləri bu söyüşlərlə o qədər bərkiyib ki, deyirlər, “qoy söysünlər, onsuz da hamısı bizim verilişləri izləyir”. Bunlar anlamırlar, reytinq sevgi ilə baxışın birləşməsidir. Sizin hörmətiniz yoxdur və sizə hörmət etmirlər, sevmirlər deyə, onlar sizə olan fikirlərini sosial şəbəkədə yazırlar. Bu əsl reytinqdir”.
Bölməyə aid digər xəbərlər

11-02-2026, 08:55
Məşhur reper həbsindən əvvəl 100 min dollar alıb
9-02-2026, 15:53
Müğənni Sevda geyimi ilə gündəmə gəlib - Fotolar
6-02-2026, 22:00
Müğənni Şəbnəmin yeni fotosessiyası... - Fotolar
2-02-2026, 11:26
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
2-02-2026, 09:40
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər"
29-01-2026, 14:43
“Məndən nə istəyirsiniz?” - Rəqsanə canlı yayımda ağlayıb
29-01-2026, 13:54
Madonna ukraynalıları məyus edib
28-01-2026, 14:00
Müğənni nikah qalmaqalına aydınlıq gətirib
24-01-2026, 17:44
Manaf Ağayev: “Yanıb-tökülürəm, səni Türkiyəyə, Dubaya aparmışdım..."
23-01-2026, 18:03
Aktyor: "Bakıda 11 evim, 26 maşınım var"
23-01-2026, 15:17
Çində süni intellekt müğənni yaradılıb
21-01-2026, 20:54
Müğənni Dəniz Əsədova: "Pulu borc vermişəm"
21-01-2026, 00:14
Kinoaktrisanın paylaşımına milyonlarla şərh yazılıb - Foto
19-01-2026, 10:27
Elşad Xose azadlığa buraxılıb
16-01-2026, 10:44
Niyaməddin Musayevdən Qumralın ifası ilə bağlı açıqlama: "Ayıbdır!"
12-01-2026, 10:41
Ağadadaş Ağayev amnistiyaya düşüb
9-01-2026, 18:32
Aktyor əleyhdarlarından məhkəməyə şikayət edəcək - Foto
9-01-2026, 10:51
Məhkəmə müğənni barəsində qərar verib
7-01-2026, 17:59
Bəstəkar-müğənni dostuna görə işdən qovulub
5-01-2026, 09:54
Müğənni Şəbnəm Tovuzlunu qınayıblar
25-12-2025, 08:38
Məşhur reperə görə apellyasiya şikayəti veriblər
24-12-2025, 08:45
Rusiyalı müğənni senzura təklif edir
23-12-2025, 09:38
Alla Puqaçova səhnədən niyə gedib?
18-12-2025, 10:08
Mehriban Xanlarova: "Narkoloji və psixoliji dispanserlərə ona görə getmişdim ki..."
17-12-2025, 10:03
Müğənni Rəqsanə ərindən ayrılıb
17-12-2025, 08:20
Pop-müğənni fanatların tənqidlərinə sərt cavab verib
13-12-2025, 22:23
“Uşaq Avroviziyası 2025” mahnı müsabiqəsinin qalibi müəyyənləşib
13-12-2025, 12:19
Bu gün Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalıdır
10-12-2025, 16:43
Aqşin Fatehin restoranı cərimələnib
10-12-2025, 09:06
Puqaçovanı Xalq artisti adından məhrum etmək istəyirlər
8-12-2025, 16:43
Həbsdə olan müğənninin məhkəməsi başlayır
5-12-2025, 11:05
Rəqsanə efirdə ağlayıb: "Çox çətin bir dövr yaşayıram"
3-12-2025, 12:56
Məşhur müğənni Tramp administrasiyasına qarşı çıxır
26-11-2025, 09:43
Məşhur aktyor və müğənni yenidən cərimələnib
25-11-2025, 12:59
ABŞ-da müğənnini avtomobildə güllələyiblər - Fotolar
25-11-2025, 11:18
Renka xəstəxanaya yerləşdirilib
24-11-2025, 18:39
Meladzenin mahnılarını qadağan etməyə çağırırlar
20-11-2025, 11:51
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
19-11-2025, 18:42
Müğənni Rəqsanə ev dustaqlığına buraxılıb - (Yenilənib)
19-11-2025, 12:27
Müğənni Dənizə iki maddə üzrə bəraət verilib
19-11-2025, 11:45
Avropanın iki məşhur müğənnisi eyni vaxtda intihar edib
19-11-2025, 08:45
Dolina mənzil lotereyası ilə bağlı yazısını silib
14-11-2025, 17:59
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb
14-11-2025, 08:56
Müğənni-aktrisa hücuma məruz qalıb
13-11-2025, 08:26
Britni Spirs qənaət rejimində yaşamağa məcburdur
12-11-2025, 07:58
Məşhur reper nasizmi təbliğ edirmiş...
7-11-2025, 18:21
Məşhur aktrisanın avtomobilinin qarşısını kəsiblər

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək