Tarix: 18-11-2015 16:16 | Bölmə: Siyasət / Xəbərlər

"Cənab prezidentin son vaxtlar bəzi nazirləri vəzifədən kənarlaşdırmasından digərləri ibrət dərsi götürməlidirlər”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Vəzifədən kənarlaşdırılanlar arasında hakim partiyanın rəhbərliyində də təmsil olunanların olduğuna toxunan S.Novruzov qeyd edib ki, işinin öhdəsindən gələ bilməyənlər, etimadı doğrultmayanlar vəzifəsindən çıxarılıb: "Başqaları da bundan dərs çıxarmalıdırlar. Ölkə başçısı dəfələrlə müşavirələrdə də bu barədə bildirib. Vəzifəli şəxslər bu tövsiyələri qəbul etməli, qanunlar əsasında işləməlidirlər”.
Vəzifəsindən kənarlaşdırılan və prezidentin etimadını doğrultmadığı bildirilən keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun YAP Siyasi Şurası üzvlüyündə qalıb-qalmamasına da münasibət bildirən S.Novruzov deyib ki, lazım gəlsə, buna partiyanın İdarə Heyətində qərar veriləcək: "Bu, İdarə Heyətinin səlahiyyətində olan məsələdir”
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək