Tarix: 10-02-2026 12:56 | Bölmə: Siyasət

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nda (TRIPP) iştirakını təsəvvür edə bilmir.
Reyting.az xəbər verir ki, bunu Simonyan jurnalistlərə deyib.
“Bunu necə təsəvvür edirsiniz? Bu, erməni-amerikan şirkətidir”, - deyə o, bildirib.
Spiker xatırladıb ki, Ermənistan daxilində hərəkət mütləq TRIPP demək deyil. “Taxıl və ya yanacaq (Azərbaycandan) daşındıqda, bu, TRIPP deyil”, - deyən Simonyan əlavə edib. O, Rusiya tərəfinin layihənin digər sahələri də əhatə etmək üçün genişləndirilməsi təklifini irəli sürə biləcəyinə işarə edib.
“Biz uzun müddətdir TRIPP kimi bir mexanizmi müzakirə edirik, amma fakt budur ki, bu, ABŞ ilə sülh prosesinin bir hissəsi olaraq prezident Donald Trampın sayəsində əldə edilib”, - Simonyan bildirib.
Spiker Amerika tərəfinin - əlbəttə ki, Ermənistanın razılığı ilə (Rusiyanın iştirakı) - başqa variantı nəzərdən keçirə biləcəyini istisna etməyib.
ELÇİN
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək