Tarix: 17-07-2017 14:06 | Bölmə: Siyasət / Xəbərlər

Qarabağ münaqişəsində İtkin Düşmüş Şəxslərin Axtarılması, Əsir və Girovların Azad Olunması üzrə Beynəlxalq İşçi Qrupunun həmsədrləri Svetlana Qannuşkina, Paata Zakareişvili, Bernhard Klazen iyulun 17-18-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərinə səfər ediblər.
Reyting.az APA-ya istinadla xəbər verir ki, səfərin məqsədi İşçi Qrupunun sülhyaratma fəaliyyətini davam etdirmək üçün əlaqələrin bərpa olunmasıdır.
Beynəlxalq İşçi Qrupunun üzvləri 2017-ci ilin yanvar ayında Bakıda səfərdə olub, Azərbaycanın rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər.
İyulun 15-də Ermənistan Respublikasının İtkin Düşmüş Şəxslər, Əsir və Girovlarla iş üzrə Dövlət Komissiyası Beynəlxalq İşçi Qrupunun nümayəndəsini qəbul edib.
Həmsədrlərin bu görüşləri məhsuldar və ümidverici olub.
Xatırladaq ki, Beynəlxalq İşçi Qrupunun nümayəndələri sülhyaratma fəaliyyətinə 90-cı illərin əvvəllərində başlayıblar.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək