Tarix: 25-03-2017 15:00 | Bölmə: Siyasət / Xəbərlər

Belarus müxalifətinin liderlərindən biri olan Vladimir Niklyayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Rusiya mətbuatı xəbər verir ki, V.Niklyayev martın 25-də keçirilməsi nəzərdə tutulan icazəsiz etiraz aksiyasının təşkilatçılarından biridir.
Qeyd edək ki, martın 17-də keçirilən etiraz aksiyasından sonra V.Niklyayevə qarşı kütləvi aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulmasına dair inzibati proses başladılıb. Martın 24-də Minsk şəhər Məhkəməsi həmin proseslə bağlı iclas keçirməli idi.
Bir müddət əvvəl Belarus Dövlət Təhlükəsizlik Komitəsi Minskdə martın 25-də baş tutacaq kütləvi iğtişaşların qarşısının alındığı və 26 nəfərə qarşı cinayət işinin açıldığı barədə məlumat yayıb. Aparılan axtarış əməliyyatı nəticəsində saxlanılan şəxslərin yaşadığı yerlərdən çoxlu sayda odlu silah, qumbara, dəyənək, bıçaq, balta, partlayıcı qurğuların hazırlanması üçün istifadə olunan maddələr, dəbilqə, zirehli gödəkcələr, şəhər şəraitində döyüş aparılmasına dair dərsliklər və NATO qüvvələrinə aid tibbi çantalar aşkar edilib.(APA)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək