Tarix: 28-11-2016 12:43 | Bölmə: Siyasət / Xəbərlər

"Xocalı soyqırımına qiymət verilməsi üçün mütləq 3 mərhələdən keçməliyik”.
Bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. Avropa Parlamentinin 2009-cu ildə11 noyabrı Yusoqlaviyada törədilən Srebrennitsa soyqırımı qurbanlarının xatirəsi günü kimi tarixə saldığını və bununla bağlı qətnamə qəbul etdiyini deyən A.Quliyevin sözlərinə görə, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi bu gün üçün çox mühüm olan məsələdir:
"Təəssüflər olsun ki, biz bu gün hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırıq. Srebrennitsada baş verən bu soyqrıma dünya ictimaiyyəti hüquqi qiymətini verdi. Bu hadisəni törədənlər hazırda cəzasını çəkməkdədirlər. Amma Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzir, Xocalı şəhəri isə erməni işğalçılarının işğalı altındadır. Ona görədəcəmiyyət üçün ən mühüm məsələ budur: Biz necə edək ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə nail olaq?! Soyqırımına qiymət verilməsi üçün biz mütləq 3 mərhələdən keçməliyik”.
Azaq Quliyev qeyd edib ki, bunun üçün ilk mərhələdə dünya ictiamiyyəti müfəssəl şəkildə məlumatlandırılmalıdır:
"İkinci mərhələ beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən həmin cinayətə siyasi qiymətin verilməsi, müvafiq qətnamələrin qəbul edilməsidir.
Üçüncü mərhələ isə faciəyə hüquqi qiymətin verilməsi, bu cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunamasıdır.
Mən sizi əmin edirəm ki, biz 1-ci mərhələ üzrə xeyli işlər görmüşük. Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət” beynəlxalq kampaniyası öz müsbət nəticəsini verməkdədir. Bunun nəticəsidir ki, biz bir necə ölkənin parlamentində və ayrı-ayrı beynəlxalq təşkilatlarda Xocalı soyqırımına ədalətli qiymətin verilməsinə nail ola bilmişik. Əlbəttə ki, bu işlər davam etdirilməlidir”.
A.Quliyev deyib ki, belə faciələrin dünyaya tanıdılması üçün ən yaxşı metodlardan biri mədəniyyət və incəsnət xadimlərinin bu proseslərdə iştirakını təmin etməkdir.(Modern.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək