Tarix: 15-11-2016 15:01 | Bölmə: Siyasət / Xəbərlər
"SSRİ-nin bərpa oluna bilməsini demək düzgün deyil. Çünki SSRİ başqa bir dövlətlərə bənzəyən bir dövlət olmayıb. SSRİ unikal bir dövlət idi. İndiki siyasi və iqtisadi konyukturada SSRİ-nin bərpası mümkün deyil”.
Reyting.az xəbər verir ki, bunu Modern.az-a Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Rusiyanın postsovet məkanında güclənməsini şərh edərkən deyib.
Onun fikrincə, bununla belə, sovet məkanının yenidən bərpası mümkündür. Ayaz Mütəllibov bildirib ki, bununla da sovet məkanındakı inteqrasiya prosesləri daha da inkişaf edə bilər.
"Bunun da xeyirdən başqa heç bir zərəri yoxdur. İqtisadi sferada böyük xeyirlər əldə oluna bilər” –deyə o, əlavə edib.
Sabiq prezident ABŞ-ın da keçmiş SSRİ məkanındakı rolunu qiymətləndirib.
"Onsuz da biz SSRİ-nin bərpasından yox, proseslərdən danışırıq. Amerika okeanın o tayında, biz isə burdayıq. Bu regionda gedən iqtisadi proseslərin Amerikaya elə də bir aidiyyatı yoxdur.
Mən dediyim məqam böyük geosiyasətə də bir xələl gətirən amil deyil. Donald Tramp ABŞ prezidenti seçildi. Bu isə o deməkdir ki, Amerika ilə Rusiyanın münasibətləri xeyli yaxşılaşacaq. Çünki Amerikanın problemləri həddən atıq çoxalıb”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək