Tarix: 10-10-2016 11:14 | Bölmə: Siyasət / Xəbərlər

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işinə başlayır.
Reyting.az "Report"a istinadla xəbər verir ki, sessiyanın gedişində parlamentarilər qarşısında Fransa prezidenti Fransua Olland, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edəcək.
Avropa Şurasının baş katibi Turbyorn Yaqland AŞPA deputatlarının suallarını cavablandıracaq.
Oktyabrın 11-də sessiya çərçivəsində Azərbaycandan və Makedoniyadan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi keçiriləcək.
Sessiya zamanı Türkiyə və Ukraynadakı vəziyyət və digər aktual məsələlər də müzakirə ediləcək.
AŞPA sessiyası işinə oktyabrın 14-də yekun vuracaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək