Tarix: 23-08-2016 14:04 | Bölmə: Siyasət / Xəbərlər

"Azərbaycan və Avropa İttifaqı mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində danışıqları bərpa edir".
Reyting.az xəbər verir ki bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Trend-ə bildirib.
"Sentyabrda altkomitələr işini bərpa edəcək. Və payız ayları ərzində dörd altkomitənin iclaslarının keçirilməsi nəzərdə tutulur. Bunlar ticarət, energetika, nəqliyyat, ekologiya, təhlükəsizlik və insan haqları, təhsil və digər sosial məsələlər üzrə altkomitələrdir”,– deyə nazir müavini bildirib.
Məmmədquliyevin sözlərinə görə, bu danışıqlar Aİ-nin Azərbaycanla strateji tərəfdaşlığa dair yeni razılaşmasına dair müzakirələr üçün mandatın verilməsinin vaxtından asılı olmayaraq başlayacaq.
"Gözlənilir ki, Azərbaycana mandat oktyabr ayı ərəfəsində veriləcək, lakin bu hələ ilkin müddətdir. Bundan asılı olmayaraq biz Aİ ilə mövcud əməkdaşlıq mexanizmləri çərçivəsində işi bərpa edəcəyik”,- nazir müavini deyib.
Məmmədquliyev hesab edir ki, strateji tərəfdaşlıq haqda sazişin imzalanması Azərbaycanla Aİ arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq. Yeni razılaşma layihəsi Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin standartlarına, ən mühüm beynəlxalq ticarət normalarına uyğunlaşdırılmasını nəzərdə tutur. Bu, Azərbaycan mallarının Aİ bazarlarına daxil olmasını asanlaşdıracaq.
Azərbaycan Aİ-nin Assosiasiya razılaşması təklifini qəbul etməyib, bunun əvəzində strateji tərəfdaşlıq proqramı təklif edib. Avropa Parlamentinin Bakıya qarşı qəbul etdiyi qətnamələrdən sonra Brüssellə danışıqlar dayandırılmışdı.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək