Tarix: 12-08-2016 13:21 | Bölmə: Siyasət / Xəbərlər

"ATƏT-in fəaliyyətdə olan sədri və Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer Bakıda olan zaman biz ondan Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsini istədik. Müraciət edərək bildirdik ki, uzun müddətdir, Ermənistan tərəfinin münaqişədə ortaya qoyduğu qeyri-konstruktiv mövqeyə görə icmaların görüşü baş tutmur”.
Reyting.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev deyib.
O bildirib ki, Azərbaycan tərəfi erməni icması ilə hələ də dialoq axtarışındadır: "Qarşı tərəf bu dialoqdan imtina edir və görüşə gəlmir. Çünki hesab edirəm ki, onların deməyə sözü olmayacaq. İstənilən halda icmaların görüşməsi mütləq lazımdır. Hesab edirəm ki, Almaniya da bu istiqamətdə öz töhfəsini verə biləcək bir dövlətdir”.
R.Rzayevin sözlərinə görə, icmaların görüşünün təşkili üçün ATƏT-in və digər təşkilatların qərarını gözləyirlər: "Ştaynmayerə də bu barədə fikirlərimizi çatdırdıq. İndi hələ də ATƏT-in və digər beynəlxalq təşkilatların bu məsələdə ciddi, ədalətli, açıq və konkret mövqelərini gözləyirik. Biz hər zaman Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq bölgənin erməni icması ilə görüşə və dialoqa hazırıq. Hələ ki biz bu görüşün nə zaman baş tutacağını deyə bilmərik”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək