Tarix: 15-06-2016 18:36 | Bölmə: Siyasət / Xəbərlər

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Preda hüquq müdafiəçiləri ilə görüşüblər.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatlarının rəhbərləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı və digərləri iştirak edib.
Görüşdə ölkədə insan hüquqlarının vəziyyəti, hüquq-müdafiə təşkilatlarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçilərinin bu gün həmçinin müxalifət təmsilçiləri ilə görüşləri olub. Müsavat başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və digərlərinin iştirak etdiyi görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib.
APA
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək