15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ərdoğanın yanlışı
Tarix: 20-08-2018 13:04 | Bölmə: Xəqani CƏFƏRLİ

Türkiyə prezidenti ölkəsini Rusiya və Çinin ağuşuna sürükləyir
ABŞ prezidentinin Türkiyədən ölkəsinə idxal edilən alüminium və polada görə rüsumları iki dəfə artıraraq, müvafiq olaraq 20 və 50 faiz idxal vergisi tətbiq etməsi Ankara ilə Vaşinqtonun münasibətlərini gərginləşdirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “The New York Times” qəzetində yazdığı “Türkiyə ABŞ-la böhranı necə görür?” məqaləsində uzun illər davam edən mütəffiqlik tarixinin ayrı-ayrı məqamlarına toxunub, baş verənləri qəbuledilməz adlandırıb və faktiki olaraq Vaşinqtonu yeni mütəffiqlər axtaracağı ilə təhdid edib.
Bu məqalənin ardınca rəsmi Ankaranın birbaşa iştirakı və iqtidarın nəzarətindəki medianın qızışdırıcı mövqeyi ilə anti-Amerka isterikası baş qaldırdı. Türkiyənin rəsmi dairələri və onların nəzarətindəki media türk lirəsinin 25 faiz dəyər itirməsini ABŞ-ın iqtisadi müharibəsi ilə izah etməyə başladılar. Çox təəssüf ki, bu isterika Azərbaycana da sıçrayıb. Bir çoxları Türkiyəyə qarşı iqtisadi müharibə elan edildiyinə inanır, türk lirəsinin dəyərdən düşməsini ABŞ-ın sanksiyası ilə izah edirlər. Həqiqətdə isə ABŞ Türkiyəyə qarşı hələlik heç bir iqtisadi sanksiya tətbiq etməyib.
Türkiyədən idxal edilən alüminium və polada görə rüsumu iki dəfə artırmasından bir neçə ay əvvəl prezident Donald Tramp, Avropa Birliyi, Rusiya, Çin və Kanadadan idxal edilən alüminium və polada da vergiləri iki dəfə artırmışdı. Rəsmi Vaşinqton bu addımını yerli istehsalı qorumaq üçün atdığını dəfələrlə bəyan edib. Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsümlarının iki dəfə artırılmasını əsasən, türk lirəsinin güclü dollara münasibətdə kəskin aşağı düşməsi ilə izah etmişdi.
Tramp administrasiyasının avqustun 14-də yaydığı bir məlumatda qeyd olunurdu ki, idxal edilən alüminium və polada görə rüsümlar dövlət büdcəsinə 1.4 milyard dollar qazandırıb, ilin sonuna kimi bu rəqəmin 7.5 milyard dollara qədər artacağı gözlənilir.
Göründüyü kimi, Tramp administrasiyasının ABŞ-a müxtəlif ölkələrdən, o cümlədən ən yaxın mütəffiqlərindən idxal edilən alüminium və poladın rüsümlarını iki dəfə artırması sırf iqtisadi səbəblərlə bağlıdır.
Alüminium və polad Türkiyənin ABŞ-a ixrac etdiyi məhsulların içərisində böyük çəkiyə malik deyil. Bilməyənlər bilsinlər ki, Türkiyənin ABŞ-a ixracında mis alüminium və poladdan daha önəmli çəkiyə malikdir. Ümumiyyətlə, Türkiyənin ABŞ-a ixrac etdiyi məhsulların arasında əsas yeri traktorlar üçün ehtiyat hissələri, sement, mis və plastik mallar təşkil edir. Tramp isə hələlik bu mallardan hansısa birinə vergi tətbiq etməyib. Deməli, Türkiyədəki iqtisadi böhranın ABŞ-la bağlı olmaması haqqında bu ölkənin Dövlət Departamentindən yayılan məlumatlar həqiqətə daha yaxındır.
Türkiydəki iqtisadi təlatümlərin əsas səbəbi Ərdoğan hakimiyyətinin yanlış siyasətinin nəticəsidir. Məhz Ərdoğan hakimiyyətinin yanlış siyasətinin nəticəsi olaraq Türkiyənin xarici borcu son iki ildə 50 milyard dollar artıb.
Belə ki, 2015-ci ilin sonunda 405 milyard dollar olan xarici borc 2017-ci ilin sonunda 453 milyard dollara çatıb. 2018-ci ilin ötən yeddi ayı ərzində bu borcun ən azı 20-30 milyard dollar artdığını ehtimal etmək olar. Bəzi türk iqtisadçılar isə ölkələrinin xarici borcunun 500 milyard dolları keçdiyini iddia edirlər. 2015-ci ilin sonunda 405 milyard dollar olan xarici borcun 2017-ci ilin sonunda 453 milyard dollara çatması rəsmi məlumatdır və bu, Türkiyə iqtisadiyyatının son illər sürətlə geri getdiyini göstərir.
Türkiyənin son illər artan xarici borcu onun xarici ticarətdə də kəsirini sürətlə artırır. 2017-ci ilin sonunda Türkiyənin xarici ticarətdə kəsiri 80 milyard dollara çatmışdı. Bu isə ölkədən valyuta axınına səbəb olan əsas amildir. Digər tərəfdən, bu, Türkiyənin istehsal etdiyindən daha artıq istehlak etməyə başladığını göstərirdi. Yunanıstanda bir neçə il öncə baş verən iqtisadi böhranın əsas səbəbləri də bunlar idi. O zaman Yunanıstan hökuməti günahı Almaniyanın üzərinə atmağa, bunu Berlinin Avropa Birliyi daxilində apardığı iqtisadi siyasətin nəticəsi kimi qələmə verməyə çalışmışdı. Yunanlar hətta İkinci Dünya müharibəsi zamanı Almaniyanın Yunanısatanı qarət etməsini də yada salıb və kompensasiya tələb etməyə başlamışdılar.
İndi də Ərdoğan məsuliyyəti ABŞ-ın üzərinə atmağa çalışır. O, hətta Türkiyə ictimaiyyətinin önəmli hissəsini buna inandıra bilib. Media üzərindəki nəzarət alternativ fikirlərin səslənməsinə imkan vermədiyi üçün, əksəriyyət türk lirəsinin kəskin dəyər itirməsini ABŞ-ın müdaxiləsinin nəticəsi hesab edir. Mediaya kəskin nəzarət isə alternativ fikirlərə meydan vermir. Buna görə də, “Trampın alüminium və polad üçün rüsumları artırmasının Çin, Kanada və Avropa Birliyinə daxil olan 28 dövlətdə niyə iqtisadi təlatümlər yaratmadı?” - sualına da rast gəlinmir. Əgər türk lirəsinin dəyərdən düşməsinin səbəbi Trampın alüminium və polada görə rüsümları artırmasıdırsa, məntiqlə ABŞ-a həmin metalları ixrac edən digər ölkələrin də milli valyutası dəyərdən düşməli idi. Halbuki, belə hal müşahidə olunmur.
Türkiyənin hazırda üzləşdiyi ciddi iqtisadi böhran xarici və daxili borcun artması, xarici ticarətdə mənfi saldonun ildən-ilə böyüməsi ilə yanaşı, bir sıra siyasi qərarlara da təsir edib. Türkiyənin Suriyaya müdaxiləsi, bu ölkədən milyonlarla insanın təminatını öz üzərinə götürməsi, vaxtından əvvəl seçkilər, referendumlar büdcə xərclərini artırırdı. Məhz bu amillərin təsiri altında türk lirəsi bu ilin əvvələrindən ucuzlaşmağa başlamışdı. Trampın qərarı isə dolmaq üzrə olan qabı daşırdı.
Türkiyənin iqtisadi böhranın astanasında olması ilə bağlı xəbərdarlıqlar hələ bir neçə ay bundan əvvəl eşidilirdi. Qərbdə Rusiyanın birinci iqtisadçısı hesab edilən, Rusiya İqtisadiyyat Məktəbinin sabiq rektoru, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankının baş iqtisadçısı olan Sergey Quriyev belə bir xəbərdarlıq etmişdi. Ərdoğan isə vaxtında bunları görə bilmədiyi kimi, indi də ABŞ-dan “Günah keçisi” düzəltməyə çalışır. Çox təəssüf ki, Türkiyənin üzləşdiyi hazırkı prosesdə Ərdoğan özünü təcrübəli dövlət xadimi kimi deyil, kəmhövsələ və davakar siyasətçi kimi aparır. ABŞ-ın elektron avadanlıqlarının boykot edilməsinə çağrış, bu ölkədən idxal olunan bəzi malların rüsumlarının artırılması ilə bağlı rəsmi qərar, tikinti mallarına məhdudiyyətlərin qoyulacağı ilə bağlı açıqlama, Çin, Rusiya, İran və Ukrayna ilə milli valyutalarda ticarətə keçilməsi haqqında təkliflər Ərdoğanın artıq əsəblərinə nəzarət edə bilmədiyini göstərir. Amma Ərdoğan unudur ki, Türkiyənin xarici ticarətdəki kəsirinin əsas səbəbi Çin və Rusiya ilə ticarətin düzgün qurulmamasıdır. Türkiyə bu iki ölkədən daha çox mal idxal edir, əvəzində isə çox az mal ixrac etməklə kifayətlənir.
Ərdoğan dünyanın bir saylı brendi olan “iPhone”-lərə (Ayfon) qarşı “Samsunq”ların mövcudluğundan danışır. Bu məqamda isə özünü qədim dövlətçilik ənənəsi olan böyük dövlətin başçısı kimi deyil, çox qısa dövlətçilik tarixi olan bir dövlətin kəmsavad lideri kimi aparır.
Qeyd edək ki, “iPhone”lərin boykotu Türkiyənin bütün şirkətlərinin cəmindən az qala bir neçə dəfə bahalı olan, bazar dəyəri bir tirlyon dollardan çox “Apple”nin səhmlərinin qiymətinə təsir etməyəcək. Ancaq Ərdoğanın bu addımı ABŞ-ın Türkiyəyə müasir texnologiyanın ixracına qadağa qoymasına gətirib çıxarar ki, bunun da çox acı nəticəsi ola bilər.
Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, ABŞ-ın texnologiyası və kapitalından məhrum olan heç bir dövlət dördüncü sənaye inqilabının baş verdiyi bir zamanda güclü iqtisadiyyat qura bilməz. Bahalı neftə görə hələ ayaqda qalan Rusiyanın özü də inkişaf etmək üçün ABŞ-ın texnologiyası və kapitalından asılıdır. Ərdoğan isə özünün hikkəsinə yenilərək Türkiyəni Çin və Rusiyanın ağuşuna sürükləyir. Türkiyə ictimaiyyəti özündə güc tapıb Ərdoğanı dayandırmasa, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən qardaş ölkə sürətlə geri gedərək, üçüncü dünya dövlətlərindən birinə çevrilə bilər.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək