15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ağ evin yeni sahibi kim olacaq? - Xəqani Cəfərli yazır
Tarix: 01-08-2020 10:57 | Bölmə: Xəqani CƏFƏRLİ

Noyabr ayında ABŞ-da keçiriləcək Prezident seçkilərinə üç aydan artıq vaxt qalmasına baxmayaraq, dünya ictimaiyyətinin diqqəti Ağ ev uğrunda mübarizəyə yönəlib. Bu da səbəbsiz deyil.
Hər kəsə məlumdur ki, noyabr ayında keçiriləcək seçkidə amerikalılar yalnız ABŞ-ın prezidentini deyil, həm də düyanın liderini seçəcəklər. ABŞ prezidentinin siyasi kursundan bütün dünya ölkələri təsirləndiyinə görə, bu siyasi hadisəyə dünya ictimaiyyətinin marağı çox anlaşılandır.
Noyabr ayında keçiriləcək seçkidə əsas mübarizənin Ağ evin hazırkı sahibi Donald Trampla Demokratlar Partiyasının namizədi olacağı gözlənilən Co Bayden arasında gedəcəyi proqnozlaşdırılır. Ancaq vəziyyət fərqli də ola bilər.
Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyasının qurultayının avqust ayının 24-27-də Şimali Karolinanın Şarlott şəhərində keçirilməsi nəzərdə tutulur. Demokratlar Partiyasının qurultayı isə 17-20 avqustda Viskonsin ştatında keçiriləcək.
Demokratlar Partiyasının qurultayının 13-16 iyul tarixində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə avqust ayına təxirə salındı. Avqustda keçiriləcək qurultayda isə prezidentliyə və vitse-prezidentliyə namizədlərin kimliyinə aydınlıq gəlməklə yanaşı, partiyanın rəhbərliyi də seçiləcək.
Koronavirus pandemiyasına görə qurultay əsasən onlayn formatda keçiriləcək. Demokratlar Partiyasının prezidentliyə namizədinin Co Bayden olacağı faktiki olaraq həllini tapmış məsələ sayılsa da, vitse-prezidentin kim olacağı hələ məlum deyil. Çox böyük ehtimalla, demokratların vitse-prezidentliyə namizədi Minnesota ştatından olan senator Emi Klobuşar olacaq. Demokratlar Partiyasında hesab edirlər ki, senator Emi Klobuşarın namizədliyi mərkəzi ştatların seçicilərinin səsini qazanmağa yardım edə bilər. Eyni zamanda, Massaçuset ştatından olan senator Elizabet Uorrenin də namizəd ola biləcəyi ehtimalı az deyil. Elizabet Uorrenin vitse-prezidentliyə namizəd göstərilməsi ideyasının sabiq prezident Barak Obamaya məxsus olduğu haqqında məlumatlar var. Vitse-prezidentliyə digər bir namizəd kimi Kaliforniya ştatından senator Kamala Harrisin adı çəkilir. Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın BMT-dəki səfiri olmuş Suzan Raysın da vitse-prezidentliyə namizəd ola biləcəyi iddiaları var. Bu şəxslərdən hansının demokratların vitse-prezidentliyə namizədi olacağı hələlik dəqiq bilinməsə də, belə görünür, demokratların vitse-prezidentliyə namizədi qadın olacaq.

Respublikaçılar Partiyasında isə noyabr seçkiləri ilə bağlı vəziyyət bir qədər fərqlidir. Amma əslində, vəziyyət tam əksinə olmalı idi. Çünki seçkidə iştirak edən Ağ ev sahibin növbəti dəfə qalib gəlmək şansı adətən daha yüksək olur.
Ağ evin indiki sahibi Donald Tramp Respublikaçılar Partiyasını təmsil edir və onun ikinci dəfə seçkiyə qatılmaq hüququ var. Ancaq məsələ ondan ibarətdir ki, seçkilərə təxminən üç aydan bir qədər çox vaxtın qaldığı bir dövrdə Donald Trampın reytinqi çox aşağıdır. Rəy sorğularına görə, Donald Tramp rəqibindən ən azı 10 pillə geridədir. Hətta bəzi rəy sorğularında bu fərq 17 pilləyə qədər çatır. Rəy sorğularının ən narahatedici məqamı rəyi soruşulanların 50 faizinin heç bir halda Trampa səs vermək istəməməsidir. Bu o deməkdir ki, Trampın öz rəqibini üstələmək şansı faktiki olaraq yoxdur. Trampın dörd il əvvəl qələbəsini təmin etmiş Florida, Arizona və Miçiqanda Co Baydenin onu aşkar fərqlə üstələməsi Respublikaçılar Partiyasında noyabr seçkiləri ilə bağlı bədbinliyi artıran əsas səbəblərdəndir.
"The Economist" nəşri Prezident seçkisi ilə bağlı modelləşdirmə aparıb və məlum olub ki, Co Baydenin qalib gəlmək şansı 91 faiz, bütün ölkə üzrə seçicilərin əksəriyyətinin səsini qazanmaq şansı 99 faizdir. Məlumdur ki, ABŞ-da prezident dolayı seçki qaydası ilə seçildiyindən seçicilərin əksəriyyətinin deyil, ştatlarda seçici kollegiyalarının səsini daha çox qazanan şəxs qalib gəlir. Dörd il əvvəl ölkə üzrə seçicilərin əksəriyyəti Hillari Klintona səs versə də, ştatlarda seçici kollegiyalarının seçkisində üstünlük Trapmı Ağ evin sahibinə çevirmişdi. Amma hazırda vəziyyət dörd il əvvəllə müqayisədə çox pisdir və Trampın qalib gəlmək ehtimalı 10 faizdən də aşağıdır. Üstəlik, hələ təbliğat dövrü başlamayıb və demokratların Trampı küncə sıxması üçün çoxsaylı imkanlar var. Bütün bunlar isə Respublikaçılar Partiyasında təşviş yaradır və Trampın başqa bir şəxslə əvəzlənməsi variantı üzərində müzakirələr gedir.
Vaşinqtonun siyasi dairələri ilə yaxın əlaqələri olan şərhçilər Respublikaçılar Partiyası rəhbərliyinin Trampın əvəzinə dövlət katibi Mayk Pompeonun namizədliyinin irəli sürülməsini müzakirə etdikləri iddia olunur. Həmin məlumatlarda o da qeyd edilir ki, Respublikaçılar Partiyasının rəhbərliyi Trampın qarşısında partiyanın qurultayında namizəd olmaqdan imtina etməklə bağlı məsələni çox kəskin şəkildə qoyublar. Şərhçilər Respublikaçılar Partiyasının qurultayının bu günlərdə keçirilməli olan birinci hissəsinin ləğvinin səbəbini də partiya rəhbərliyinin mövqelərinin prezidentin mövqeləri ilə üst-üstə düşməməsi ilə izah edirlər. Avqust ayına kimi bu problemlər həllini tapmasa, Trampın prezidentliyə namizədliyinin təkrar irəli sürülməsindən imtina edilməsi istisna deyil. Ən azından, respublikaçıların bir çoxu populist prezidenti dəstəkləmək istəmirlər. Onlarda Trampın ABŞ-ın prezidenti olmaq üçün yetərli keyfiyyətlərə malik olmaması ilə bağlı qəti rəy formalaşıb. Bu rəyin yaranmasında Trampın milli təhlükəsilik məsələləri üzrə köməkçisi olmuş Con Boltonun "Olayların baş verdiyi otaq" adlı Ağ evlə bağlı xatirələr kitabı önəmli rol oynadı.
Tramp sabiq müşavirinin kitabının çapına son ana qədər mane olmağa çalışsa da, məhkəmə Ədliyyə Nazirliyinin iddialarını rədd edərək, kitabın dərcinə qoyulan qadağanı aradan qaldırdıqdan sonra Boltonun xatirələri işıq üzü görmüşdü. Bu kitabın nəşr olunması Trampa ciddi zərbə vurdu. Ancaq bu da son deyil. Yaxın günlərdə Trampın keçmiş vəkili Maykl Koenin də kitabı işıq üzü görə bilər. İddialara görə, kitabda Trampın irqçi fikirlərindən bəhs ediləcək. Heç şübhəsiz ki, seçki kampaniyası dövründə demokratlar bu kitablarda əksini tapan fikirlərdən Trampa qarşı fəal şəkildə istifadə edəcəklər. Amerika mediasının Trampa münasibətini nəzərə alanda seçki kampaniyası boyu prezidentin çox güclü informasiya hücumuna məruz qalacağını proqnozlaşdırmaq olar. Bu informasiya hücumu, heç şübhəsiz, Respublikaçılar Partiyasının Senat və Nümayəndələr Palatasına, ştatlarda isə qubernator və qanunverici orqanlara seçkilərdə iştirak edən namizədlərinə də problem yaradacaq. Ona görə də Respublikaçılar Partiyasının Trampla yollarını ayıracağı və yaxud da ondan məsafə saxlayacağı ehtimalı yüksəkdir. Bütün bunlar onu deməyə imkan verir ki, yaxın üç ayda fövqəladə bir olay baş verib, Trampın önə keçməsilə nəticələnməsə, Ağ evin yeni sahibi 78 yaşlı Cozef Robinett Bayden olacaq. Əgər belə olarsa, Bayden ABŞ tarixinə həm də ən yaşlı prezident kimi düşəcək. Hələlik ABŞ tarixində ən yaşlı prezident 77 yaşında dövlət başçsı seçilmiş Ronald Reyqandır. Barak Obamanın hakimiyyəti zamanı 2009-2017-ci illərdə vitse-prezident olmuş Co Baydenin prezident seçilməsi Ağ evin siyasətində ciddi dəyişikliklərə səbəb olmaqla, dünya siyasətinə yeni yön verəcək.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xaqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək