15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ermənilərin Baydenə ümidi… - Xəqani Cəfərli yazır
Tarix: 09-11-2020 08:53 | Bölmə: Xəqani CƏFƏRLİ

Ermənistanın hərbi təxribatlarına qarşı Azərbaycan Ordusunun sentyabrın 27-dən başlatdığı əks-hücum davam edir. Rəsmi Yerevan əks-hücumun ilk günündən noyabr ayının əvvəllərinə qədər Rusiyanı da bu münaqişəyə cəlb etməyə cəhdlər göstərsə də, bu istəyinə çata bilmədi. İndi isə ümidini ABŞ-a bağlayıb. Daha dəqiqi, Demokratlar Partiyasının namizədi, sabiq vitse-prezident Cozef Baydenin noyabrın 3-də keçirilən prezident seçkisinin qalibi olmaq ehtimalı artdıqca, ermənilərin ABŞ-ın dəstəyinə ümidi də artır.
Görəsən, siyasi karyerası boyunca ermənipərəst mövqe tutan, Türkiyə və Azərbaycana qarşı qadağaları dəstəkləyən şəxs kimi tanınan Baydenin qalib gəlməsi Ermənistanın arzuladığı dəstəyi qazanmasına səbəb ola bilərmi?
Bu suala cavab verməzdən öncə qeyd etmək istərdim ki, Baydenin qalib gəlmə ehtimalı artdıqdan sonra Ermənistanda təhlilçilər Baş nazir Nikol Paşinyanı sabiq vitse-prezidenti dəstəkləməyə çağırdılar. Bu, bir tərəfdən erməniləri müdafiə etməyə xüsusi maraq göstərməyən Donald Trampdan narazı olmaları, digər yandan isə bir sıra post-sovet respublikalarının siyasi xadimlərinin Baydenə dəstək mesajları verməyə başlamaları ilə izah edilə bilər. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili, Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya, Moldovanın sabiq Baş naziri Vlad Filat Baydenə dəstək nümayiş etdiriblər. Yeri gəlmişkən, Türkiyənin ana müxalifəti hesab olunan Cümhuriyət Halk Partisinin lideri Kamal Kılıçdaroğlu Baydeni prezident Rəcəb Tayyib Ərdoğandan öncə təbrik edib.
Bayden Paşinyanın “dəstək açıqlaması” olmadan da erməniləri müdafiə etməyə çalışacaq. Bununla bağlı Azərbaycan cəmiyyətinin narahatlıqları əsassız deyil.
ABŞ prezidentinin siyasəti bütün dünya boyunca öz təsirini göstərir. “Öncə Amerika” şüarı ilə 4 il əvvəl hakimiyyətə gələn Trampın xarici siyasəti çox ciddi nəticələr doğurdu. Bir sıra təhlilçilər hesab edir ki, Trampın xarici siyasətinin təsirləri uzun müddət hiss olunacaq. Bunun nəticəsidir ki, ermənipərəst Baydenin ABŞ prezidenti seçilməsi haqlı olaraq Azərbaycanda narahatlıq doğurur. Bundan sonra bu amili hökmən nəzərə almalı olacağıq.
Qeyd edək ki, Bayden nə qədər ermənipərəst olsa da, ABŞ-ın 28-ci prezidenti Vilsondan daha artıq erməni sevdalısı ola bilməz. Tarixə “müstəqil Ermənistanın banisi” kimi düşmək istəyən Vudro Vilson Osmanlı dövlətinin Şərq torpaqlarını tamamilə ermənilərə vermək niyyətində idi. Son günlərini yaşayan Osmanlı dövləti Vilsonun bu niyyətinə qarşı çıxmaq gücündə və istəyində deyildi. Heç zaman reallaşmayacaq “Böyük Ermənistan”ın xəritəsi də o zaman bu şərtlər çərçivəsində meydana çıxmışdı. Ancaq Vilson və ermənilər türk xalqını nəzərə almamışdılar. Məhz bu amil Osmanlı dövlətinin Şərq torpaqları hesabına böyük “Böyük Ermənistan”ın yaranmasına imkan vermədi.
Rus imperiyası dağıldıqdan sonra müsəlman Şərqində ilk cümhuriyyəti - Azərbayan Xalq Cümhuriyyətini quran Məhəmməd Əmin Rəsulzadə və silahdaşları - həm Vudru Vilsonun, həm də Avropanın erməniləri dəstəkləməsinə baxmayaraq - Qarabağı və Zəngəzuru Ermənistana vermədilər. Ermənilər bu arzularının bir hissəsinə yalnız Azərbayan Xalq Cümhuriyyəti Rusiya tərəfindən işğal olunduqdan sonra çatdılar.
Ancaq Azərbaycan daha Rusiyanın müstəmləkəsi deyil. Osmanlı dövlətinin yerində də qüdrətli Türkiyə var. Yəni Baydenin ABŞ prezidenti seçilməsi ilə ermənilərin Qarabağı Azərbaycandan qoparmaqla bağlı son ümidi də puça çıxacaq.
Ancaq bu bizi arxayın salmamalıdır. Baydenin prezident seçilməsindən sonra ABŞ-da baş verənləri daha diqqətlə izləməyə və Vaşinqtondakı proseslərə təsir imkanlarımızı artırmağa çalışmalıyıq.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək