15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Süni intellekt avtoritarizmə qalib gəlir
Tarix: 16-06-2020 10:30 | Bölmə: Xəqani CƏFƏRLİ

“Twitter” sosial şəbəkəsi Çin Kommunist Partiyasına, Rusiyanın hakim “Vahid Rusiya” Partiyasına və Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasına bağlı olan 170 min hesabı bağlayıb.
“Twitter” bu qərarı Avstraliya Strateji Siyasət İnstitutu ilə birgə apardığı araşdırmadan sonra verib. Araşdırmanın obyektiv olması üçün “Twitter”in məhz bu institutu seçməsi təsadüfi deyil. Çünki dünyanın ən nüfuzlu beyin mərkəzlərindən olan Avstraliya Strateji Siyasət İnstitutunun təklifləri dəfələrlə Avstraliya hökumətinin strateji qərarlarının dəyişməsi ilə nəticələnib.
400 milyon istifadəçisi olan “Twitter”in 170 min hesabı bağlaması adıçəkilən sosial şəbəkə üçün böyük itki olmasa da, asanlıqla qərar veriləcək məsələ də deyil. Ancaq bağlanan 170 min hesabın Çin Kommunist Partiyasının, “Vahid Rusiya” Partiyasının, Ədalət və İnkişaf Partiyasının maraqlarına xidmət edən məlumatlar yaydığı tam sübut olunduğundan “Twitter” rəhbərliyinin onları bağlamaqdan başqa yolu qalmayıb.
Avstraliya Strateji Siyasət İnstitutunda çalışan mütəxəssislərinin süni intellektin köməyi ilə apardıqları araşdırma zamanı Çin Kommunist Partiyasına bağlı hesabların Honkonqdakı etirazlarla və COVİD-19 virusu ilə bağlı saxta məlumatlar yaydığı və yaxud yayılan məlumatları təkrar paylaşdığı üzə çıxıb. “Twitter” Çində qadağan olunduğu üçün saxta məlumatlar Pekinin kommunist hökumətinin ölkə xaricində təsir dairəsinin genişlənməsinə xidmət edib. Süni intellekt COVİD-19-la bağlı yanlış məlumatlar yayan hesabların yanvar ayının sonunda açıldığını da üzə çıxarıb.
Rusiyanın hakim “Vahid Rusiya” Partiyasına bağlı olan 1152 hesabdan isə əsasən Rusiyanın avtoritar lideri Vladimir Putinin təbliğatı və siyasi müxalifətə qarşı böhtan kampaniyasında istifadə edildiyi üzə çıxdığından “Twitter” onları da bağlayıb.
Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasına bağlı olan və “AK Troll” adı verilən şəbəkə tərəfindən yaradıldığı və idarə olunduğu üzə çıxan 7340 hesab da araşdırmalardan sonra “Twitter” rəhbərliyinin qərarı ilə bağlanıb. Araşdırmalar zamanı məlum olub ki, bu hesablardan 37 milyon tvit atılıb və məqsəd Türkiyədə ictimai rəyə təsir etmək, prezident Rəcəb Tayyib Ərdoğanın təbliğatını aparmaq olub. Türkiyədə “Twitter”in 9 milyon istifadəçisi olduğunu nəzərə aldıqda “AK Troll”un təsiri haqqında təsəvvür yaranır. Türkiyə prezidentinin müşaviri Fahrettin Altunun 7340 hesabın saxta olduğu üçün bağlanmasını təkzib etməyə çalışması, baş verənləri PKK və FETÖ terror təşkilatları ilə əlaqələndirmək cəhdi isə Ankaranın rəsmi dairələrinin hansı düşüncəyə malik olduğunu göstərir.
“Twitter” rəhbərliyi bağlanan hesabların arxivlərini açıqlayaraq qərarlarının ədalətli olduğunu təsdiqləyə biləcəklərini bəyan etməklə, bu hesabların sahiblərinin sosial şəbəkəyə qarşı təbliğat imkanlarının qarşısını da alıb.
Bu prosesdə ən maraqlı məqam Çin, Rusiya və Türkiyə kimi böyük dövlətlərin avtoritar rejimlərinin geniş təşkilatçılıq və böyük maliyyə hesabına qurduğu troll şəbəkəsinin süni intellekt tərəfindən üzə çıxarılaraq zərərsizləşdirilməsidir. Bununla Çin, Rusiya və Türkiyənin avtoritar liderləri beynəlxalq ictimaiyyətin gözü önündə ifşa olunublar.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək