15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Devrilmək növbəsi çatmış diktatorlar
Tarix: 25-11-2017 14:08 | Bölmə: Xəqani CƏFƏRLİ

Zimbabvedə xalq diktator Robert Muqabenin hakimiyyətdən devrilməsini bayram etdiyi bir vaxtda ekspertlər diqqəti Afrikadakı digər diktatorlara yönəldərək, onların “yarpaq tökümü”nün başlaya biləcəyini qeyd edirlər.
Məsələ ondan ibarətdir ki, Zimbabvedə Muqabenin 37 illik hakimiyyətinə son qoyulsa da, Ekvatorial Qiveniyada keçmiş hərbiçi Teodor Obianq Nqema Mbasoqonun 38 illik diktaturası hələ də davam edir. Mbasoqonun diktaturası Afrikada ən uzun sürən hakimiyyətdir. Çox maraqlıdır ki, Mbasoqo hakimiyyətə 3 avqust 1979-cu ildə ondan əvvəl Ekvatorial Qiveniyanın diktatoru olan və ağlını itirmiş əmisini devirməklə gəlib. Ölkədə diktaturanı daha da sərtləşdirən Mbasoqo yerli mətbuat tərəfindən Allahla da müqayisə edilir.
Mbasoqonun diktator əmisi dəli olmuşdusa, onun özünü də çox ağıllı hesab etmək olmaz. Məsələn, neft mqaviləsi imzalamaq üçün ölkəsinə gələn İspaniya nümayəndə heyəti ilə görüşdə Mbasoqo “Güman edirəm ki, mən həqiqətən diktatoram”,- deməklə qonaqları təəccübləndirmişdi.
Qeyd edək ki, Mbasoqonun ölkəsi zəngin neft və qaz yataqlarına malikdir. Buna görə də onun ölkəsi Zimbabvedən fərqli olaraq kəskin iqtisadi böhran yaşamır.
Xərcəng xəstəliyindən əziyyət çəkən diktatorun özü isə 38 il iqtidarda olmasına baxmayaraq, hakimiyyətdən getmək haqqında düşünmür. Diktatorun xəstəlik səbəbindən hakimiyyətini böyük oğluna vermək istəməsi haqqında 2014-cü ildə yayılan söz-söhbətlər isə şaiyə olaraq qalıb. Belə görünür ki, 75 yaşlı Mbasoqo oğlu və yaxud başqa bir yaxın qohumu tərəfindən devrilməyənə qədər hakimiyyətdən getməyəcək.
Kamerunun 84 yaşlı diktatoru Pol Biyya hakimiyyətə 1982-ci ildə gəlsə də, o da iqtidardan getmək haqqında düşünmür. Biyya 1982-ci ildə dövlət başçısı postuna baş nazir kürsüsündən gəlib. 7 illik baş nazirliyini də nəzərə alsaq, Biyya 42 ildir Kamerunun taleyini həll edir. Diktatorun özü isə vaxtının çox hissəsini Avropanı gəzməklə keçirir və buna görə də yerli müxalifət Biyyanı prezident-səyyah adlandırır.
Avropanın ən nüfuzlu ali məktəblərindən birini - Sorbon Universitetini bitirməsinə baxmayaraq, Pol Biyya ruhən afrikalı olaraq qalır və hakimiyyətin məhdudlaşdırılmasını ağlına gətirmir. Görünür, “əcəl mələyi” gələnə və yaxud Kamerun xalqı onu devirənə kimi 84 yaşlı diktator hakimiyyətdən əl çəkməyəcək.
Konqo Xalq Respublikasının prezidenti Deni Sassu-Nqesso 1979-cu il inqilabından sonra hakimiyyətə gəlib. Ancaq 1992-ci ildə seçkilər nəticəsində hakimiyyətdən kənarlaşdırılıb. Bundan sonra ölkədə vətəndaş müharibəsinin başlaması ilə Deni Sassu-Nqesso iqtidara qayıda bilib. Solyönümlü Konqo Əmək Partiyasının lideri olan Deni Sassu-Nqesso hakimiyyətinin ilk illərində sosializm qurmaq istəsə də, Sovet İttifaqının dağılmasından sonra bu siyasətindən əl çəkib. 1992-ci ildəki qısa fasilə nəzərə alınmasa 74 yaşlı Deni Sassu-Nqesso 38 ildir ki hakimiyyətdədir və digər Afrika diktatorları kimi xalqın seçim haqqını tanımaq istəmir. Belə görünür ki, ya təbii ölümə, ya da növbəti çevrilişə kimi Deni Sassu-Nqesso Konqo Xalq Respublikasının prezidenti olacaq.
Sudanın 73 yaşlı diktatoru Ömər Həsən Əhməd əl-Bəşirin hakimiyyəti yuxarıda bəhs etdiyimiz diktatorlarla müqayisədə az - 28 il olsa da, onun barəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs orderi verilib. Bu həftə Rusiyaya səfər edən və bu ölkədə yüksək səviyyəli qonaq kimi qəbul edilən Ömər Həsən Əhməd əl-Bəşira qarşı soyqırım ittihamı var. Onun ölkədə saldığı vətəndaş müharibəsi nəticəsində 300 minə yaxın şəxs ölüb, 3 milyona yaxın insan məcburi köçkünə çevrilib. Zəmanəmizin ən sərt və qəddar diktatoru kimi tanınan Ömər Həsən Əhməd əl-Bəşir həbs təhlükəsi qarşısında olduğu üçün hakimiyyətdən könüllü getməyəcək. Sudanlılar daha 300 min itki verib onu devirməyənə qədər bu diktator hakimiyyətdə qalacaq.
Afrikada Mbasoqo, Biyya, Sassu-Nqesso və əl-Bəşir kimi diktatorlar çoxdur. Ancaq onların hamısını birləşdirən bir neçə “dəyər” var: hakimiyyət, var-dövlət hərsliyi, Moskvaya və solçuluq ideyalarına rəğbət.
Rusiya öz mahiyyətnə uyğun olaraq uzaq Afrikada da diktatorları himayə etməkdən çəkinmir. Rusiya müxalifəti isə hətta Afrikada da bir diktatorun devrilməsini Putinin devriləcəyinə işarə kimi qəbul edir və Muqabenin devrilməsinə Zimbabve xalqı qədər sevinir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ
Bölməyə aid digər xəbərlər
19-04-2023, 11:40
Erməni mətbuatı: "Paşinyan təhlükəsizliyindən narahatdır”
31-07-2019, 14:06
Xəqani CƏFƏRLİ - İnqilabın baş verəcəyi tarix - Onu əvvəlcədən təyin etmək mümkündürmü?

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək