Tarix: 24-10-2016 14:50 | Bölmə: Mədəniyyət / Xəbərlər

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Xan Şuşinski Fondunun təşkilatçılığı ilə Azərbaycanın Macarıstandakı səfirliyində tədbir keçirilib.
Reyting.az xəbər verir ki, Fonddan "525-ci qəzet”ə verilən məlumata görə, tədbirdə diplomatik korpus nümayəndələri, musiqiçilər, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü iləaçan ölkəmizin Macarıstandakı səfiri professor Vilayət Quliyev iştirakçıları müstəqilliyimizin 25 illiyi münasibəti ilətəbrik edib, bu illərərzində qazanılan nailiyyətlərdən, ölkəmizin keçdiyi uğurlu inkişafdan danışıb.
Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva çıxışında Azərbaycanın keçdiyi müstəqilliyə qədərki yoldan, bu yolda Heydər Əliyevin göstərdiyiəzmkarlıqdan, onun müstəqilik qazandıqdan sonra yürütdüyü parlaq siyasətdən bəhs edib, həmin kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycanın sürətlə inkişaf etdiyini deyən B.Verdiyeva dünyanın əksər ölkələri ilə uğurlu qarşılıqlı münasibətlərin qurulduğunu nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan artıq dünya müstəvisində söz sahibi olan ölkədir. 2016-cı ilin "Multikulturalizm ili” elan olduğunu xatırladan fond sədri qeyd edib ki, Azərbaycan multikulturalizmi bütün dünyaya nümunədir. Tarix boyu müxtəlif din, dil vəmillətlərin nümayəndələrinin ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığını deyən B.Verdiyeva Dağlıq Qarabağ münaqişəsindən, müharibə nəticəsində öz yurdundan didərgin düşən bir milyon qaçqın və köçkünün hazırkı vəziyyətindən bəhs edib, tezliklə istər sülh, istərsə də hərbi yolla ölkəmizin öz ərazi bütövlüyünü bərpa edəcəyinə inamını dilə gətirib.
Tədbirin proqramında Xalq artisti, tarzən Fikrət Verdiyevin rəhbərliyi, tanınmış xanəndələr Sevinc Sarıyeva və Ehtiram Hüseynovun iştirakı ilə maraqlı konsert də yer alıb.
Sonda səfir Vilayət Quliyev qonaqlara öz təşəkkürünü bildirib, gələcəkdə belə tədbirlərin davamlı keçirilməsinin önəmini vurğulayıb.



Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək