Tarix: 22-10-2016 11:01 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Konfransa dəvət olunub.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, konfrans İran İslam Respublikasının "Dramatik İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə 2016-cı il 30 oktyabr-1noyabr tarixlərində Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək I Regional Elmi-nəzəri Konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf prespektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı, teatr sənətinin bugünü, sabahı və s. məslələlər ətrafında müzakirələr aparılacaq. İyirmiyə yaxın ölkənin tanınmış səhnə xadimlərinin qatılacağı I Regional Elmi-nəzəri Konfransda Azərbaycanı Əliqismət Lalayev təmsil edəcək. Konfransda Ə.Lalayevin "Azərbaycan teatrının inkişaf yolları” mövzusunda çıxışı nəzərdə tutulur.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək