Tarix: 03-02-2016 14:14 | Bölmə: Mədəniyyət / Xəbərlər

AzTV-də rəhbərliklə bir qrup işçi arasında qalmaqal yaranıb. Nəticədə bir neçə nəfər işini itirib, qalanların əmək haqları azaldılıb.
Reyting.az AzNews.az-a istinadən xəbər verir ki, gərginlik bir müddət əvvəl Elsevər Dünyamalıyevin "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyinat alandan sonra başlayıb.
Məlumata görə, E.Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə müavini təyin edildikdən sonra bəzi islahatlar aparmaq təklifi ilə çıxış edib. O, sədrə Xəbərlər Departamenti əməkdaşlarının şirkətdə bekar qaldıqlarını, məhz bu səbəbdən islahata sözügedən redaksiyadan başlamağın vacib olduğunu bildirib. A.Alışanov isə yeni müavinin təklifini qəbul edib.
Bundan sonra "Xəbərlər”ə keçən E.Dünyamalıyev islahata işçilərin maaşlarının kəsilməsi ilə başlayıb. Belə ki, yeni müavin redaksiya əməkdaşlarını yığaraq iclas keçirib. Bildirib ki, əvvəlki maaşsistemi ləğv edilib və artıq müxbirlər çəkilişlərinə görə qonorar alacaqlar.
Məlumatda bilirilir ki, bəzi müxbirlərin cəzalandırılması məqsədilə onlara çəkilişə çıxmağa icazə verilmir. Əməkdaşların özlərinin təklif etdiyi mövzular isə qəbul edilmir. Bununla da müxbir sadəcə olaraq, bir gününü boşuna keçirmiş olur və ay sonunda da heç bir qonorar yazılmır.
Bütün bunlara görə, artıq redaksiyanın bir çox əməkdaşı işdən azad olunma ilə bağlı ərizə yazıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək