Tarix: 17-10-2016 16:37 | Bölmə: Mədəniyyət / Xəbərlər

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası Marina Litvinenkonun 60 yaşı tamam olub.
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a verdiyi məlumata görə, bu münasibətləMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Marina Litvinenkonu təbrik edib, milli teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinəgörəvə anadan olmasının 60 illiyi ilə əlaqədar tanınmış aktirsanı mükafatlandırıb.
Qeyd edək ki, Litvinenko Marina Nikolayevna 25 sentyabr 1956-cı ildəEstoniyanın Tallin şəhərində anadan olub. 1989-cu ildəA.Zeynallı adına Musiqi Məktəbini bitirib. 1987-ci ildə Azərbaycan Dövlət Musiqili Teatrına (o vaxtkı Azərbaycan Dövlət Musiqili Komediya Teatrına) artist-vokalist vəzifəsinə qəbul olunub və həmin vaxtdan burada çalışır. İşlədiyi müddət ərzindəo, Rozaliya ("Filumena Marturano” - Fərəc Qarayev, Eduardo De Flippo), Qold ("Pominalnaya molitva” - Mixail Qluza, Qriqoriy Qriqori, Şalom-Aleyxema), Qırmızı papaq, Ana ("Qırmızı papaq” - Emin Sabitoğlu, Yevgeni Şvarts), Düyməcik, Qaranquş ("Düyməcik” - Hans Kristian Andersen), Afət ("Bağdadda bir gün” - Emin Sabitoğlu), Stassi ("Silva” - İmre Kalman), Liza ("Maritsa” - İmre Kalman), Valentina, Elqa ("Şən dul qadın” - Frans Leqar), Dovşan ("Bir dayan, canavar!” - Rəna Ağayeva, Arkadiy Xayt), Marietta ("Bayadera” - İmre Kalman), Yulişka, Zari ("İddialı qaraçı” - İmre Kalman), Jüli ("Ailə uikendi” - Jan Puaro), Duenya ("Çılğın qaskoniyalı” - Qara Qarayev), Siroyeşka ("Yağış göbələyinin macərası” - Rəşid Şəfəq, Vladimr Zimin), Asya, Telli ("Arşın mal alan” - Üzeyir Hacıbəyli), Jaklin ("Fransızsayağı qarnir” - Mark Kamoletti), Zerbinetta ("Skapenin kələkləri” - Jan Batist Molyer) və başqa rolları ifa edib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək