Tarix: 24-05-2016 14:30 | Bölmə: Mədəniyyət / Xəbərlər

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nurun mayın 24-nə təyin edilən mətbuat konfransı təxirə salınıb.
Reyting.az-ın xəbərinə görə, bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Əli Nur buna səbəb olaraq, mayın 24-nə "Ölülər” tamaşasının məşqinin salındığını deyib:
"Azər Paşa müəllim mənə dedi ki, sənin məşqin var, axşam isə həmin tamaşaya baxış keçiriləcək. Onu qoyub mətbuat konfransını neçə keçirə bilərsən?,-dedi. Mən də məcbur olub konfransı təxirə saldım. Əslində, tamaşa mayın 26-na planlaşdırılmışdı. Amma qəfildən tamaşanın vaxtını dəyişdilər. Məhz bu səbəbdən də, teatrdan çıxa bilmirəm. Odur ki, mətbuat konfransını başqa vaxt keçirəcəyəm”.
Ə.Nur keçirəcəyi mətbuat konfransının ümumi məzmunundan da danışıb: "10 ildir
eyni sözü eşidirəm. 50 ilin sənətkarını Mədəniyyət və Turizm Nazirliyi
"barmağına dolayıb”, məni uşaq yerinə qoyub. Bunlar məni adam saymır. İtə
də mükafat verirlər, amma mənə yox. Adamı bu qədər təhqir edərlər? Toyuq hinində
yaşayıram. 50 ildir ki, bunların ardınca aftafa gəzdirirəm”.
Qeyd edək ki, Ə.Nur
mayın 24-də mətbuat konfransı keçirəcəyi ilə bağlı açıqlama vermişdi. Aktyor
orada ona edilən haqsızlıqla bağlı prezidentə müraciət etməyi planlaşdırırdı.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək