Tarix: 15-03-2016 14:24 | Bölmə: Dünya / Xəbərlər
ABŞ-ın nüfuzlu «Stratfor» Analitik Mərkəzi Rusiyanın Suriyadan öz qoşunlarını çıxarmasını şərh edib.
Reyting.az Strateq.az-a istinadən xəbər verir ki, mərkəz qərarın Suriya ilə bağlı Cenevrə danışıqları ərəfəsində verilməsinə diqqət çəkib:«Qoşunların geniş formatlı Cenevrə görüşü ərəfəsində Suriyadan çıxarılması Suriyanın gələcəyinə dair məsləhətləşmələrin pozulduğu mənasını verə bilər. Bundan sonra Cenevrədə əldə olunacaq hər bir razılaşmanı, həmçinin Avropadan gələcək hər bir siqnalı diqqətlə izləmək lazımdır. Bu siqnallarda əldə olunacaq böyük sazişlə bağlı eyhamlar ola bilər».
«Stratfor» hesab edir ki, Rusiya Suriya ilə bağlı qarşısına qoyduğu hədəflərin hamısına çatıb: «Birincisi, bu müddət ərzində Suriya hökumətinin mövqeləri möhkəmləndi. İkincisi, Moskva öz ordusunun güclənmiş hərbi imkanlarını nümayiş etdirdi. Üçüncüsü, İŞİD-in zəifləməsinə nail oldu. Və nəhayət bəzi silahlarınıilk dəfə sınaqdan keçirdi».
Xatırladaq ki, prezident Vladimir Putinin göstərişi ilə dünən gecədən Rusiya qoşunları Suriyadan çıxmağa başlayıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək