Tarix: 07-06-2017 13:02 | Bölmə: Dünya / Xəbərlər

İranın Təhlükəsizlik Nazirliyi paytaxt Tehranda baş vermiş hadisələr barədə rəsmi açıqlama ilə çıxış edib.
Nazirlik bildirib ki, bu gün səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib.
Təhlükəsizlik Nazirliyi əhalidən şübhəli şəxslər gördükdə dərhal xəbər vermələrini istəyib.
Tehran əyalətinin rəhbəri isə elan edib ki, hazırda pataxtda vəziyyət stabildir və təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürüb.
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və İmam Xomeyninin türbəsinə silahlı hücum olub. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub. Silahlılar daha 4 nəfəri isə girov saxlayırlar. Xüsusi təyinatlılar onların xilas edilməsi üçün əməliyyat keçirir.
Xomeyninin türbəsinə hücum edən dörd nəfərdən biri özünü partladıb, bir nəfər isə kimyəvi maddə içərək özünü öldürüb. Türbəyə hücum nəticəsində xeyli yaralının olduğu bildirilir.(apa)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək