Tarix: 23-12-2016 15:43 | Bölmə: Dünya / Xəbərlər
"Səfirin
qətli Rusiyaya qarşı sui-qəsd idi. Mən əvvəl təyyarəmizin türk hərbçiləri tərəfindən
vurulması ilə bağlı deyilən arqumentə şübhə ilə yanaşırdım. Səfirin qətlindən
sonra mən fikirmi dəyişdim. Belə görünür, müəyyən qüvvələr Türkiyə ordusuna
nufuz ediblər. Mən heç kimi ittiham etmirəm. Amma bu, faktdır”.
Reyting.az xəbər verir ki, bu sözləri bu gün keçirdiyi böyük mətbuat konfransında prezident Putin Türkiyə ilə əməkdaşlıq və bu istiqmətdə yaradılan problemlər barədə danışarkən deyib.
Putin bildirib ki, Rusiya səfrinin qətli Türkiyə ilə münasibətlərə təsir etmir: "Bizə son illərdə kompromis tapmağa müyəssər olub”.
Putinin sözlərinə görə, Hələbdə situasiyanın tənzimlənməsində Türkiyə və İran prezidentləri böyük rol oynayıb: "Bizim iştirakımız olmadan bu mümkün olmayacaqdı. Hələbdə bu 3 tərəfli format böyük rol oynadı. Hazırda Hələbdə döyüş əməliyyatı aparılmadan minlərlə insan çıxarılır. Söhbət 100 min adamdan gedir. Bu, nəhəng miqyaslı beynəlxalq humanitar aksiyadır”.
Putin qeyd edib ki, bununla yanaşı Suriya problemini Səudiyyə Ərəbistanı, Misir, İordaniya, ABŞ-ın iştirakı olmadan həll etmək mümkün deyil.
O vurğulayıb ki, Qazaxıstan problemin həlli ilə bağlı danışıqlar aparmaq üçün Astananı təklif edib: "Biz problemin siyasi həlli üçün praktik danışıqların başlanmasını istəyirik”.(Strateq.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək