15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dodağı silikon, üzü botoks...
Tarix: 17-12-2017 13:54 | Bölmə: Seymur BAYCAN

İki gün əvvəl mütəmadi baş çəkdiyim bukinistdə Çexovun hekayələr kitabını gördüm. Mündəricata baxdım. Kitabdakı hekayələrin hamısını müxtəlif zamanlarda dəfələrlə oxusam da, bu hekayələri bir daha oxumaq ürəyimdən keçdi. Ovqatım bunu tələb edirdi. Çexovla dərdləşməyə ehtiyacım vardı. Kitabın qiymətini soruşdum. Bir lari. Tərəddüdsüz aldım. Kitab əlimdə şəhərdə xeyli piyada gəzdim. Acdığımı hiss etdikdə evə gəldim. Balıq qızartması yedim. Bir stəkan ağ çaxır içdim. Divana uzandım və hekayələri oxumağa başladım.
Hekayələri oxuduqca düşünürdüm: Görəsən Çexovun hansı arzuları ürəyində qalıb? Həyatdan nə istəyirmiş? Bəs qısa bir ömürdə insanları, həyatı necə belə dərindən, incəliyinə qədər öyrənə bilib? Bəlkə xəstəliyi, daima ölüm haqqında düşünməyi Çexovu belə müdrikləşdirib?
Əlbəttə, yazıçının sırf bioqrafiyasına istinad edərək bu suallara aşağı-yuxarı cavablar vermək olar, lakin xoşbəxtlikdən, ya da bədbəxtlikdən hər şey bu qədər sadə deyil. Bəli, bir daha təkrar edək; hər şey belə sadə deyil.
Kitabda hansı hekayəni oxuyurdumsa, dərin və olduqca incə bir kədər hiss edirdim. Başa düşürdüm ki, artıq müdrik Çexov üçün bütün həyat hadisələri öz əhəmiyyətini itirib, hər şey ötüb keçib, hər şey geridə qalıb, artıq hər şey onun üçün mənasızlaşıb və o, gözlə görünənlərin, əllə tutulanların gəldi gedər, fani olduğunu dərk edib və yalnız mükəmməl, gözəl mətnlər yaratmaq barədə düşünür. Peşəkarlıq, mütaliə, istedad, zəhmət öz yerində, həqiqi sənət əsəri yaratmaq üçün təmiz, saf enerji lazımdır. Bu enerjini Çexov hardan alırmış?
Bəlkə nə vaxtsa yaşadığı və qiymətini bilmədiyi, milyonda bir insana qismət olan həqiqi, səmavi sevgi, yaxud da sevgisizlik ona bu enerjini verirmiş.
Burda zorən lap kiçik bir haşiyəyə çıxmalıyam. Həqiqi, səmavi sevgi milyonda bir insana qismət olur. Yüz minlərlə insan sevdiyini, sevildiyini guman edərək, əslində isə sevginin nə olduğunu bilməyərək, sevgi haqqında çərənləyərək, boşboğazlıq edərək, hətta sevgi mövzusunda poemalar, romanlar yazaraq bu dünyadan koçüb gedirlər. Həqiqi sevgi xəstəlikdi, pisixi pozuntudu nədir bilmirəm, bu prosesin tibbi və elmi tərəfləri mənə maraqlı deyil, bircə onu bilirəm ki, olduqca nadir bir şeydir. Bir daha deyirəm, milyonda bir insana qismət olur. Məsələn, indi Azərbaycanda doqquz milyon adam yaşayırsa, bu doqquz milyon adamdan cəmisi doqquz adamın qarşısına həqiqi sevgi çıxıb və yaxud çıxacaq. Yerdə qalanları birmənalı olaraq sevdiyini və sevildiyini güman edənlərdi. Sevmişəm, sevilmişəm deyib, boş yerə özünüzü aldatmayın!
İndi isə yazımıza davam edək. Bütün təsirli əsərlər böyük sevgidən və ya sevgisizlikdən, sarsıntılardan yaranır. Sadəcə, yaradıcılıq laboratoriyası çox müxtəlifdir. Yaşanmış hisslər müəllifin bütün hüceyrələrindən keçərək, formasını dəyişərək, tamam başqa cür, tanınmaz halda təzahür edir. Məsələni konkretləşdirmək, vəziyyətə nisbətən aydınlıq gətirmək üçün bir əhvalat yazmaq məcburiyyətindəyəm. Bu əhvalatı bəndənizə rus millətindən bir tanış qız danışıb.
Yay fəsli idi. Açıq kafedə oturmuşduq. Özümüz də möhkəm içmişdik. Ürəyimiz açılmışdı. Həyatda baş verən hadisələrin yaradıcılığa təsiri haqqında söhbətlər edirdik. Xülaseyi-kəlam, bu qızla bir teatr rejissoru bir-birini sevirmişlər. Söhbətdən belə başa düşdüm ki, qarşı tərəf, yəni teatr rejissoru bu münasibətdə daha səmimi və ciddi imiş. Bir gün qız gedir səfərə. Orda bir əyləncəli tədbirdə iştirak edir. Möhkəm içir və necə olursa, nə olursa, ilk dəfə rastlaşdığı adamla bir yastığa baş qoyur. Geri qayıdanda hər şeyi olduğu kimi tərəf müqabilinə nəql edir. Teatr rejissoru baş vermiş hadisəyə görə çox pis olur. Davasız-şavasız ayrılırlar. Düz dörd il görüşmürlər. Dörd ildən sonra qız eşidir ki, keçmiş tərəf müqabili təzə tamaşa hazırlayıb. Yaddaşım məni aldatmırsa “Karamazov qardaşları”nı. Qız bilet alıb gedir tamaşaya.
Deyir, tamaşa möhtəşəm alınmışdı. Hamı heyran qalmışdı. Səhnədə emosiyalar fontan vururdu.
Deyir, tamaşa qurtaranda başa düşdüm ki, dörd il əvvəl baş vermiş hadisə, mənim xəyanətim, ayrılmağımız ona necə ağır təsir edib.
Əlbəttə, çox qısa, təfərrüatlara girmədən yazdığım bu əhvalatda böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər...
…Təxminən gecə saat ikiyə qədər Çexovun hekayələrin oxudum. Gülürdüm, kədərlənirdim, sevinirdim, obrazların təsvirindən, dialoqların təbiliyindən həzz alırdım, bəzən isə barmağımı kitabın arasına qoyub öz-özümə danışırdım. Ağır, təsirli səhnələrə, cümlələrə rast gəldikdə balkona çıxıb siqaret çəkirdim. Gecəni çox pis yatdım. Yatdım deyəndə, Allah kəssin elə yatmağı, sağa-sola çevrilməkdən əldən düşdüm. Bayırda bərk külək əsirdi. Balkonda balaca dəmir vedrə diyirlənib qəribə səslər çıxarırdı. Dəmir vedrənin çıxardığı səslər mənə beş il kirayədə yaşadığlm evi xatırladırdı. Ev “Qara Qarayev” metrostansiyasının yaxınlığında, doqquz mərtəbəli binanın yeddinci mərtəbəsində yerləşirdi. Bərk külək əsəndə pəncərə şüşələri titrəyir, evin balkonundakı nazik dəmir parçası divara çırpılır və səslər çıxarırdı. Bu səslər məni narahat etmirdi. Əksinə, belə küləkli havada başımın üstündə dam, yatmağa yerim olduğuna görə Tanrıya sonsuz minnətdarlığımı bildirirdim. Bəzən isə balkona çıxır, özümü üşüdür, qaçıb yerimə girirdim.
...Səhər tezdən qalxdım. Yuyunub, geyinib küçəyə çıxdım. Külək yatmışdı. Hava çox soyuq idi. Bir həftə əvvəl “ikinci əl” geyim mağazasından yetmiş lariyə aldığım gödəkcə bədənimi yaxşı qızdırırdı. Soyuqdan qorxmurdum. Təxminən bir saat piyada gəzdim. İyirmi dörd saat işləyən restorana girdim. Kofe, xarço, çörək sifariş verdim. Pəncərəyə yaxın masada əyləşdim ki, küçədən gəlib gedənləri müşahidə edə bilim. Kofeni içdim. Dünən gecə oxuduğum hekayələrin təsiri ilə ölüm, həyat, əbədiyyat, ədəbiyyat haqqında düşünə-düşünə, müxtəlif illərdə baş verən hadisələri xatırlaya-xatırlaya kasadakı qaynar, bolluca istiotlu xarçodan beş-altı qaşıq udmuşdum ki, bir də gördüm, avtobus dayanacağında dayanan adamlar pərən-pərən düşdülər. Hər şey çox sürətlə baş verdi. Qırmızı rəngli bir minik maşını yolun kənarında dayanmış bir qadını vurub səkinin ortasına atdı. Davamına baxa bilmədim, tez üzümü çevirdim. Baxsaydım, özümü pis hiss edəcəkdim.
Restoranın müştəriləri, ofisiantlar, xadimələr və aşpazlar küçəyə qaçdılar. Zalda təkcə mən qaldım. Qışqıran kim, ağlayan kim, əlini dizinə çırpan kim, ürəyi gedən kim... Bir anda hadisə yerinə çoxlu insan yığışdı. Səs-küy aləmi bürüdü. Təcili yardım maşını gəldi. Vurulan adamı təcili yardım maşınına qoyub apardılar.
Xarçonu axıra qədər yedim. Siqaret çəkdim. Hesabı ödəyib restoranı tərk etdim.
Birbaşa bazara getdim. Qəssabdan üç kilo sümük aldım. Bir dəstə küçə iti ilə dostlaşmışam. Hər gün olmasa da, iki-üç gündən bir bazara gedib onlara sümük alıram. Küçədə məni görəndə üstümə qaçırlar. Sağıma-soluma keçirlər. Günü-gündən də sayları artır. Sayları bu templə artsa, heç bilmirəm onlara necə sümük çatdıracam. Özümün də maddi vəziyyətim günü-gündən ağırlaşır...
Heyvanlarla dostluq etmək olduqca xoş bir hissdir. Ancaq arada səndən asılı olmadan kiçik problemlər də yaranır. O gün itlərdən biri dəstədən aralanıb düz metronun girişinə qədər mənlə bərabər addımladı. Mənlə bərabər addımlamaq deyəsən onun xoşuna gəlir. Ola bilsin, sahibiylə gəzən ev itlərinə baxır, başın başlara qoşmaq istəyir. İstəyir, bu da onlar kimi adamla gəzsin. Həmin it çox qəşəng, təmiz itdir. Heç küçə itinə oxşamır. Mənlə bərabər addımlayarkən ərzaq mağazasının qarşısında üzündən həyasızlıq, ləçərlik, şər-şəbədə və bu kimi digər şeylər yağan, dodağı silikonlu, üzü botokslu, qaşları tatuajlı bir arvadın üstünə bərk hürdü. Arvad ağzına gələni dedi mənə. İndi bu arvada başa sala bilmirəm ki, bu it mənim deyil, küçə itidir, mənim bu itə dəxlim yoxdur. Eşitmək belə istəmir, elə hey deyir ki, iti niyə buruntaqsız çıxartmısan küçəyə. Deyirəm, xanım, Allah haqqı bu mənim itim deyil, küçə itidir, bax, qulağında birka var. İt də hürməyindən qalmır. Bir az qıraqda dayanıb hürür. Arvadı daha da qəzəbləndirir. Rəsmən durduğum yerdə işə düşdüm. Nə yaxşı bir Allah bəndəsi mənə tərəfdar çıxdı. Ziyalıya oxşayan, yaşlı bir kişi idi. O da itin qulağındakı birkanı göstərib arvada dedi ki, bu onun iti deyil, küçə itidir. Canımı o həyasız arvadın əlindən güclə qurtardım.
Bazardan aldığım sümükləri atıram itlərə. Çalışıram ki, hamısına çatsın. Heç bir it sümüksüz qalmasın. Hansısa bir it gücündən, əzələsindən istifadə edib özündən zəifin sümüyün əlindən almaq, daha çox yemək istəyəndə üstünə qışqırıram. Danlayıram. Başa salıram ki, sülh və əmin-amanlıq şəraitində yaşamaq lazımdır. Gücdən istifadə edib başqasının sümüyün əlindən almaq ayıbdır. Dalaşsanız, əsəbləşəcəm, acığa sizə, ümumiyyətlə, sümük almayacam.
Sümükləri itlər arasında ədalətlə paylayandan sonra dayanıb onların sümükləri gəmirməsinə baxıram. Bilmirəm, nədənsə həmişə bu anlarda bir tanışımı xatırlayıram. Tanışım geyim-keçim alveri ilə məşğul idi. Aləmi bəzəsə də, əyni-başı o qədər də qaydasında olmazdı. Necə gəldi, nə gəldi geyinərdi. Özü də bundan gileylənərdi. Gileylənib-gileylənib axırda da bu el məsəlini işlədərdi: “İtdən çox çarıq oğurlayan yoxdu, ayağı həmişə yalındır”. Nə gizlədim, bu məsəli çox sevirəm. Çox pozitiv, koloritli məsəldir.(kultura.az)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək