15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bir maşın kubik və xalqın partiyası - Seymur Baycan yazır
Tarix: 12-07-2019 01:46 | Bölmə: Seymur BAYCAN

Guya əvvəldən vardı hüsnü-camalı, indi olub dəli Bayraməl
Atalar məsəli
Belə bir məlumat oxudum: “2006-cı ildən bəri, yalnız dövlət büdcəsindən tikinti məqsədləri üçün 62.5 milyard manat vəsait ayrılıb”.
62,5 milyard manat heç də az pul deyil. Səliqəylə, ağılla, zövqlə xərclənsəydi bu pulla nə qədər faydalı işlər görmək olardı. Amma gəlin əyri oturaq, düz danışaq. Hökumətin tikintiyə bu qədər vəsait xərcləməsində azərbaycanlıların həyat tərzinə yad olan nəsə qeyri-adi bir şey varmı? Bəyəm azərbaycanlıların həyatı daşdan, qumdan, betondan, sementdən, armaturdan, taxta-şalbandan, dəfələrlə tikməkdən və dəfələrlə sökməkdən, dəfələrlə sökməkdən və dəfələrlə tikməkdən ibarət deyilmi?
Azərbaycanda çox yerlərdə yaşamışam. Harda yaşamışamsa qonşu evlərdən birində təmir-tikinti işlərinin getdiyinin şahidi olmuşam. Azərbaycanda çəkic, balta, mişar, drel səsi gəlməyən küçə, məhəllə, həyət, bina tapmaq müşkül məsələdir. Başını qollarının üstünə qoyub, gözlərini yumub bir az tarixin gedişatı, həyat, ədəbiyyat və əbədiyyət haqqında düşünmək istəyirsən, lakin buna imkan vermirlər. Kimsə çəkiclə haranısa döyəcləyir, kimsə harasa mismar vurur, kimsə nəyisə kəsir, doğrayır, kimsə nəyisə drellə deşir, kimsə haranısa qazır… Niyə bu adamlar sakit oturmurlar? Elə bil hansısa sirli bir qüvvə, bəlkə də təmir-tikinti allahı bu adamların sakit oturmasına icazə vermir.
Bu vaxta qədər xeyli sayda müxtəlif cür adamlardan ev tikmək barədə məsləhətlər, öyüdlər və tövsiyələr eşitməli olmuşam. Demişəm, ev tikməyə vaxtım, enerjim, həvəsim, umumiyyətlə, imkanım yoxdur. Heç bir izah, şərh, arqument onları qane etməyib. Ən nəhayətdə deyiblər ki, apar harasa bir maşın kubik tök, sonra imkan olduqca yavaş-yavaş tikməyə başlayarsan. Yavaş-yavaş tikmək isə əslində ömür boyu , qəbirə qədər tikintiylə məşğul olmaq deməkdir.
Folkner Kamyu haqqında yazırdı: “Həyat qapısı onun arxasınca əbədilik örtüləndə o, zəifləməkdə olan əliylə bu qapının üzərində “Mən bu dünyada olmuşam” sözlərini həkk etməyə macal tapdı. Hər bir sənətkar kimi o da ömrü boyu buna can atmışdı. Və ola bilsin ki, həmin ölüm anında Kamyu özünün ən böyük arzusunun çin olduğunu anlamışdı. Sənətkar üçün bundan yaxşı nə arzulamaq olar?”
Hərdən düşünürəm ki, azərbaycanlılar harasa bir maşın kubik tökməklə “mən bu dünyada olmuşam”,- mesajı vermək istəyirlər. Əgər sən harasa bir maşın kubik tökməmisənsə nə etsən də, hansı əməlləri törətsən də, lap “Hərb və sülh”, “Sehrli dağ” səviyyəsində əsər yazsan da “bu dünyada olduğunu” onlara sübut edə bilməzsən.
Azərbaycanlılar tikintisiz yaşaya bilmirlər. Tikmək və sökmək, sökmək və tikmək azərbaycanlıların həyat fəlsəfəsidir. Azərbaycanda milyonlarla insan bütün ömrünü daşa, quma, taxta-şalbana, armatura, betona xərcləyib və hələ də xərcləməkdədir. Şəxsən mən bütün ömrünü daşa, quma, betona, sementə və digər tikinti materiallarına xərcləyən, ruhu bədənindən çıxana qədər ev tikən, ev təmir edən yüzlərlə insan görmüşəm. Bəs, xalqımızın tikməyə və sökməyə, sökməyə və tikməyə qarşı bu manyakca hərisliyinin səbəbi nədir? Nəyə görə azərbaycanlılar daşsız, qumsuz, betonsuz, sementsiz, taxta-şalbansız yaşaya bilmirlər?
Məncə azərbaycanlılar həyatlarındakı boşluğu, mənasızlığı tikməklə və sökməklə doldurmaq istəyirlər. İşin ən pis tərəfi ondan ibarətdir ki, onlar nə qədər tiksələr də, nə qədər söksələr də ortaya normal, ürəyəyatan məhsul qoya bilmirlər. Bunun da öz növbəsində sadə bir səbəbi vardır. Zövq yoxdur. Zövqsüz adam nə qədər tiksə də, nə qədər söksə də əlbəttə, ortaya normal məhsul qoya bilməyəcək. Bu mənada hökumətin 2006–cı ildən bəri yalnız dövlət büdcəsindən tikintiyə 62,5 manat vəsait ayırmasında qeyri-adi, mat qalınası heç nə yoxdur. YAP hakimiyyətinin siyasəti azərbaycanlıların həyat tərzinə tam uyğundur.
Azərbaycan tarixində YAP hakimiyyəti qədər azərbaycanlıların təbiətinə, mahiyyətinə, həyat fəlsəfələrinə tam uyğun gələn hakimiyyət olmayıb. YAP hakimiyyəti azərbaycanlılar üçün çox doğmadır! YAP hakimiyyətinə qarşı müxalif mövqedə dayanan adamlar hakimiyyətin korrupsiya əməlləri haqqında nə qədər çox danışırlarsa, xalqın hakimiyyətə rəğbəti və heyranlığı daha da artır. Hakimiyyətin korrupsiya əməlləri haqqında danışmaq, bu barədə ortaya faktlar qoymaq tamamilə səhv taktikadır. Azərbaycanlılar oğurlamaq imkanı varkən oğurlamayan adama əfəl, axmaq, debil kimi baxırlar. Çörçil deyirdi ki, vəziyyətə düzgün ad qoymaq, vəziyyəti dəyişməyin yarısı deməkdir. Əgər müxalifət xalqın rəğbətini qazanmaq istəyirsə, xalqla açıq danışmalıdır.
Müxalifət açıq şəkildə xalqa deməlidir ki, bunlar yaxşı oğurlaya bilmirlər, biz gəlsək daha yaxşı oğurlayacağıq. Yalnız bu şəkildə xalqla açıq danışmaqla müxalifət xalqın diqqətini özünə cəlb edə bilər. Zarafat etmirəm. Sözlərimi zarafat kimi qəbul etməyin. Pis çıxmasın mən hansısa nəticəyə elə-belə, havadan-sudan gəlmirəm. Onlarla, yüzlərlə, bəzən minlərlə həyat hadisələrini analiz etdikdən sonra hər hansı nəticəyə gəlirəm.
YAP hakimiyyəti nə edir? YAP hakimiyyəti azərbaycanlıların böyük əksəriyyətinin ürəyində fırlanan arzuları həyata keçirir. Hakimiyyət nümayəndələri “hakimiyyətlə xalqın arasına heç kim girə bilməz”,- sözünü deyəndə onların sözünü qəribliyə salmaq lazım deyil. Bu, mütləq həqiqətdir. Bu həqiqəti qəbul edə bilməyən, qəbul etmək istəməyən şəxslər xahiş edirəm bir suala cavab versinlər: görəsən, Azərbaycanda nə qədər ata, nə qədər ana, nə qədər baba, nə qədər nənə öz övladlarına, nəvələrinə deyir ki, a bala oğurluq etmə, rüşvət alma, yaltaqlanma, ədalətli ol, haqqı nahaqqın ayağına vermə?
Böyük əksəriyyət oğurlamaq, rüşvət almaq, yaltaqlanmaq üçün fürsət axtarırsa, oğurlamağa, rüşvət almağa, yaltaqlanmağa norma, hətta zərurət kimi baxırsa, oğurlamaq və rüşvət almaq imkanı olanları həyatda, cəmiyyətdə uğur qazanmış adamlar kimi qəbul edirsə, bəs ölkə necə dəyişə, necə düzələ bilər? Bu prosesi necə təsəvvür edirsiniz?
Bu mənada Azərbaycanda doğrudan da hakimiyyətin mənbəyi xalqdır. YAP hakimiyyəti azərbaycanlıların özüdür. YAP hakimiyyəti azərbaycanlıların təbiətinin və mahiyyətinin təzahürüdür.(Azlogos)
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək