15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
Tarix: 18-06-2021 09:14 | Bölmə: Seymur BAYCAN

Desəm ki, Çarlz Dikkensin həyat və yaradıcılığına dərindən bələdəm, rəsmən ağ yalan söyləmiş olaram. Dikkensin cəmi üç əsərin oxumuşam: “Oliver Tvistin məcaraları”, “İki şəhər” və təbii “Böyük ümidlər”.
Bilmirəm, nədənsə Dikkens elə əvvəldən bir yazıçı kimi mənə o qədər də maraqlı, cəlbedici görünməyib. Əgər Dikkens bir yazıçı kimi mənə maraqlı, cəlbedici görünsəydi, onun bütün yaradıcılığını su kimi içərdim. Dikkensin yaradıcılığına, həyatına əvvəldən xüsusi marağım olmamasının səbəbləri haqqında düşünməmişəm. Bu barədə düşünməyə heç ehtiyac belə hiss etməmişəm…
Müğənnilər demişkən, yaxından tanıyan adamlar yaxşı bilirlər ki, zaman-zaman müxtəlif əsərləri təkrar-təkrar oxumaq kimi bir mərəzim var. Yaxınlarda Dikkensin “Büyük ümidlər” əsərini bir daha oxudum. Dedim, bir baxım görüm Dikkens indi mənə necə təsir bağışlayacaq. Dikkens əvvəlki vaxtlarla müqayisədə bir yazıçı kimi mənə daha zəif təsir bağışladı. Əsəri oxuduqdan sonra bu yazını yazmaq qərarına gəldim.
Bir çox ədəbiyyat kitablarında Dikkensin adı Balzak, Mopassan, Tolstoy, Viktor Hüqo kimi yazıçılarla yanaşı çəkilir. Ola bilsin Dikkens ingilislər üçün əziz və qiymətli yazıçıdır. Ola bilsin Dikkens ingilis ədəbiyyatı üçün çox iş görüb, amma sırf ədəbiyyat nöqteyi-nəzərindən Dikkensin Balzak, Mopassan kimi yazıçılarla yanaşı dayanması hardasa böyük ədalətsizlikdir. Öz aramızdır, Balzak, Mopassan hara, Dikkens hara. Mən hələ Tolstoydan, Viktor Hüqodan danışmıram. Dikkens Tolstoy, Hüqo kimi divlərin yanında sadəcə, cırtdan kimi görünür.
Dikkensin özünü əsərlərində olduğundan daha ağıllı, hazırcavab göstərmək istəməsi adamı əsəbləşdirir. Bir insanın özünü olduğundan daha ağıllı, hazırcavab kimi göstərmək istəməsi çox pis haldır. Əksinə, düşünürəm ki, insan özünü olduğundan daha da ağılsız, daha da savadsız göstərməlidir.
Bəs yaxşı, Dikkens zəif yazıçı olduğu halda (təbii, nəhəng yazıçılarla müqayisədə) necə olur onun adı Mopassan, Balzak, Tolstoy kimi yazıçılarla yanaşı çəkilir. İsa Qəmbər demişkən, hesab edirəm ki, Dikkensin dünya ədəbiyyat meydanında belə at oynatmasının, lotuluq etməsinin, məşhur olmasının arxasında ingilis gücü dayanır. İngilis gücü olmasaydı Dikkens öz hesabına bir yazıçı kimi dünya ədəbiyyatında bu qədər məşhur ola bilməzdi. Dikkens hər hansı üçüncü bir olkənin yazıçısı olsaydı, onu öz ölkəsindən kənarda çox az adam tanıyardı. Xülaseyi-kəlam, Dikkens bu mənada çox şişirdilmiş yazıçıdır.
Şərif Ağayar yaxınlarda bir yazısında maraqlı, aktual bir sual qaldırmışdı:
“Görəsən, ədəbiyyatda zorla, təbliğatla nəyəsə nail olmaq mümkündürmü?”
Şərif qaldırdığı suala belə cavab vermişdi: “Əgər belədirsə (yəni ədəbiyyatda zorla, təbliğatla nəyəsə nail olmaq mümkündürsə. S. B. ), o, ədəbiyyat ədəbiyyat olmaz axı!
Sonralar bir balaca səhv elədiyimi anladım. Sən demə, təbliğat müəyyən zaman dilimində olsa da öz işini görür. Sovet quruluşunda da, kapitalist cəmiyyətində də təbliğat və reklamla ictimai rəyə oturdulan imzalar olub. Onların bəziləri qısa ömürlü, bəziləri uzun ömürlü, bəziləri hardasa əbədi davam edib.”
Şəriflə birmənalı olaraq razıyam. Hələlik uzağa getməyək, elə özümüzünkülərdən misal gətirək. Anar Rzayev, Elçin Əfəndiyev kimi istedadsız, ədəbiyyata yaxından və uzaqdan dəxli olmayan adamlardan ataları zorla yazıçı düzəldib cəmiyyətə soxuşdurdular. Öz istedadlarına qalsaydı Anar Rzayev, Elçin Əfəndiyev uzaqbaşı, maksimum hansısa ədəbiyyat jurnalında redaktor ola bilərdilər. Amma təbliğat öz işini görüb. Anar Rzayev, Elçin Əfəndiyev bir yazıçı kimi tanınıblar. İndi də özlərin elə aparırlar ki, guya həyatda hər şeyi özləri əldə ediblər, bunların yazıçı kimi tanınmaqlarında atalarının heç bir rolu olmayıb.
Ölkə sərhədlərindən kənara çıxaq, xarici yazıçılardan misallar gətirək. Etqar Keret adında bir yəhidi yazıçısı var. Çox səviyyəsiz bir yazıçıdır. And olsun bizi yaradana, onun hekayələrini mən yazsam, o hekayələri Azərbaycan oxucuları büküb məmnuniyyətlə gözümə soxarlar. Amma nə deyirsən, yəhudi mafiyası bu səviyyəsiz yazıçını inadla, peşəkarcasına, uğurla dünyada məhşurlaşdırmaqla məşğuldur. Yaxın illərdə babat bir mükafat verib, edəcəklər dünya şöhrətli yazıçı.
Yaxud götürək Xalid Hüseyni. Xalid Hüseyn Amerikanın proyektidir. Orta səviyyədən də aşağı bir yazıçıdan dünya şöhrətli yazıçı düzəldiblər. Bütün bunlar bəzi yoldaşlara cəfəngiyyat, sayıqlama kimi görünə bilər. Görünsün, problem yoxdur. Lakin bilin ki, bütün bunlar adi və banal həqiqətlərdir. Bəs bu əməlliyatlar necə həyata keçirilir? Çox asan yollarla. Hərçənd şeytan çox vaxt təfərrütlarda gizlənsə də, burada təfərrüatlara girməyə zərrə qədər də ehtiyac yoxdur. Yaxşısı budur gəlin bir rəvayətin məzmununa diqqətlə nəzər salaq.
Belə rəvayət edirlər ki, qədim zamanlarda bir şahın bir pəhlivanı varmış. Bu pəhlivan ya zəlzələdən, ya vəlvələdən hamını yıxırmış. Deyilənə görə pəhlivanların bəziləri şahın qorxusundan, bəziləri də sırf şaha yaltaqlanmaq üçün onun pəhlivanına qəsdən uduzurmuşlar. Buna baxmayaraq şahın pəhlivanı fəxr edirmiş ki, onun kürəyini yerə vuran adam yoxdur və beləcə xoruzlana-xoruzlana, xurma yeyə-yeyə kef içində yaşayırmış. Bir gün qurd ürəyi yemiş bir nəfər şahın pəhlivanına deyir ki, çox da xoruzlanma, filan yerdə bir pəhlivan var, sən onu yıxa bilməzsən. Bu söz şahın pəhlivanının qüruruna toxunur. Çünki, belə bir pəhlivanın mövcud olduğu haqda heç nə eşitməmişdi. Heç kimin tanımadığı bir pəhlivan onu necə yıxa bilər? Şahın pəhlivanı özünə, gücünə arxayın halda gedib həmin pəhlivanı tapır. Görür həmin pəhlivan bostançılıqla məşğuldur. Yəni, qarpız, yemiş, pomidor, xiyar, badımcan yetişdirir. Şahın pəhlivanı deyir ki, gəl güləşək. Adsız-sansız pəhlivan güləşməyə razı olmur. Deyir, xatanı məndən uzaq elə, başımı aşağı salıb əlimin qabarı, alnımın təri ilə bir tikə çörək qazanıram, güləşmək istəmirəm. Şahın pəhlivanı çox dirəşir. Axırda adsız-sansız pəhlivan bezir, güləşməyə razı olur. Şahın pəhlivanının kürəyini asanlıqla yerə vurur. Şahın pəhlivanı vəziyyətlə razılaşmır. Deyir, bu kov deyil, gəl bir dəfə də güləşək. Bu dəfə də adsız-sansız pəhlivan şahın pəhlivanının kürəyini asanlıqla yerə vurur. Şahın pəhlivanı mat qalır. Deyir, ay qardaş, sən ki, belə güclü pəhlivansan, bəs niyə sən məşhur deyilsən, niyə sənin adın it dəftərində də yoxdur. Adsız-sansız pəhlivan şahın pəhlivanına əla cavab verir. Deyir ki, sənə aslanım deyən, mənə pişiyim desəydi, mən səndən yüz dəfə çox ad-san qazanardım.
Əlbəttə, bu rəvayətdə böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.(Azlogos)
Bölməyə aid digər xəbərlər

İt qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir.
Atalar məsəli

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək