15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
ReAL niyə reallaşa bilmir? - Seymur Baycan yazır
Tarix: 10-03-2020 01:19 | Bölmə: Seymur BAYCAN

Deyir, başqalarının zəif musiqi yazması Motsarta qəribə gəlirmiş. Yəni, o mənada ki, əgər adam musiqi yazırsa, güclü musiqi yazmalıdır. Axı necə zəif musiqi yazmaq olar?
Əlbəttə, bu söhbətin bir qram da tarixi əsası yoxdur. Tarixi-nöqteyi nəzərdən tamam boş söhbətdir. Hətta yaxşı uydurulmuş nağıldır. Heç bunu hardan oxuduğumu, mənbəyini, kimdən eşitdiyimi də xatırlamıram. Sadəcə, heç bir tarixi əsası olmasa da maraqlı söhbətdir və yazıya bu söhbətlə başlamağım səbəbsiz deyil.
Doğrudan da, bəzən hansısa işi, hansısa prosesi X. adlı adam keyfiyyətli şəkildə, asanlıqla yerinə yetirir və başqasının bu işdə, bu prosesdə çətinlik, zillət, əzab-əziyyət çəkməsi, üstəlik, hələ ortaya zay məhsul qoyması ona qəribə gəlir. Məsələn, tutaq ki, bir insan əla, dadlı yeməklər bişirir. Belə olduğu halda digərinin “it yesə qarnı ağrıyacaq” dərəcədə bərbad, dadsız-duzsuz kükü bişirməsi ona heç cürə çatmır. O, düşünür: axı burda nə var? Kükü bişirmək təyyarə sürmək deyil ki, əgər bişirirsənsə, bunu dadlı bişirməlisən.
İndi pis çıxmasın, “sənin güclü müşahidə qabiliyyətin var” janrında ünvanıma deyilən tərifləri eşitmək, inanın, həmişə mənə qəribə gəlib. Nədənsə, bu tərifi, heç cürə tərif kimi qəbul edə bilməmişəm. Amma bu sözləri ən müxtəlif, xüsusən inandığım, hörmət etdiyim adamlardan dəfələrlə və dəfələrlə eşitməyim nəticəsində, həqiqətən güclü müşahidə qabiliyyətimin olmasına artıq bir növ özüm də inanmışam. Daha doğrusu, məni zorla buna inandırıblar, bunu zorla boynuma qoyublar. Əgər əsassız yerə güclü müşahidə qabiliyyətimin olmağına inanmışamsa, bu, mənim günahım deyil. Bu, məni buna inandıranların günahıdır. Hər halda adamı bu səviyyədə dolamazlar. Hər halda bu dərəcədə qəddarlıq olmaz. Dəfələrlə bu janrda təriflər eşitmişəmsə, deməli, doğrudan da ortada nəsə var.
Bununla belə başqalarında müşahidə qabiliyyətinin olmaması yenə də mənə qəribə gəlir. Düşünürəm bu qabiliyyət hamıda olmalıdır və çox güman müşahidə qabiliyyəti elə hamıda var. Bəs problem nədədir? Görməyə qalanda aşağı-yuxarı hamı görür. Əsas məsələ müşahidələri ümumiləşdirib onlardan düzgün nəticələr çıxara bilməkdir. Kimsə müşahidələrini ümumiləşdirib onlardan düzgün nəticə çıxara bilir, kimsə çıxara bilmir. Niyə bir insan bunu bacarır, başqası bacarmır? Hesab edirəm problem insanların özündən qaynaqlanır. Oxumaq, görmək, baxmaq hələ hər şey demək deyil. Oxuduqlarından, gördüklərindən necə nəticə çıxarmaq, informasiyanı necə həzm etmək kimi olduqca vacib bir şərt də var. Bu isə birbaşa insan təbiətindən asılı bir prosesdir. Əgər insan təbiətcə ədalətli, obyektiv deyilsə və yaxud millətçilikdən, dindən, inandığı hər hansı ideologiyadan qaynaqlanan ehkamlar obyektiv düşünməkdə ona mane olursa, nə qədər güclü müşahidə qabiliyyəti olsa da, müşahidələrindən düzgün nəticə çıxara bilməyəcək.
Bu mənada, nə qədər bayağı səslənsə də, həqiqətən hər kəs görmək istədiyi şeyləri görür, hər kəs çıxarmaq istədiyi nəticələri çıxarır.
***
“Onlar qırmızı rəngli, “İkarus” markalı bir avtobus tutmalıdır və avtobusa doluşub hər rayonda azı iki-üç ay qalmaq şərti ilə Azərbaycanı qarış-qarış gəzməlidirlər. Avtobusun rəngi mütləq qırmızı, markası isə mütləq “İkarus” olmalıdır. Başqa rəngdə, başqa markada avtobusla rayonları gəzsələr, zəhmətləri və vaxtları hədər gedəcək. Bundan əlavə, ReAl-çılar qırmızı rəngli, “İkarus” markalı avtobusla uzun səfərə çıxanda Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Cəfər Cabbarlının, Abdulla Şaiqin, Ömər Faiq Nemanzadənin, Üzeyir Hacıbəyovun və digər Azərbaycan klassiklərinin əsərlərini özləri ilə götürüb bir-bir diqqətlə oxumalıdırlar. Oxuduqlarını qrup halında müzakirə etməlidirlər”.
Ötən il müsahibəmdə dediyim bu sözləri bəzi yoldaşlar zarafat, sataşmaq kimi qəbul etmişdilər. Halbuki, fikirlərimdə tam ciddi idim. Son parlament seçkisindən əvvəl və seçkidən sonra baş verən proseslər də fikirlərimdə kifayət qədər haqlı olduğumu göstərdi.
Azərbaycanın ictimai-siyasi mühitində ədəbiyyat çatışmazlığı kəskin şəkildə özünü göstərməkdədir. İctimai-siyasi mühitdə ədəbiyyat çatışmazlığını görməmək mümkün deyil. Hər dəfə bu mövzuya toxunanda - özümdən asılı deyil, istər-istəməz bir hadisə gözlərimin qarşısında canlanır. Heç yadımdan çıxmaz, iddialı, gələcəyə ümidlə baxan və başqalarının da gələcəyə ümidlə baxmasını arzulayan, xoş niyyətli gənc siyasətçilərimizdən biri özünün və ətrafının gələcək planlarından, gələcəkdə nə işlər görəcəklərindən, seçiciləri seçkilərdə necə səfərbər edəcəklərindən, apolitik sifətləri dəyişdirib necə siyasiləşdirəcəklərindən və dəxi bu kimi, bu qəbildən olan məsələlərdən həvəslə danışırdı. Həyata çəhrayı eynəklə baxan gənc siyasətçimizi diqqətlə, təmkinlə dinlədim, axırda onun nitqinə belə reaksiya verdim:
“Bütün bunlar çox yaxşıdır, amma gərək biz meymunu yada salmayaq”.
Gənc siyasətçimiz hara, hansı əsərə göndərmə etdiyimi, nə demək istədiyimi başa düşmədi, başa düşmədiyinə görə də belə bir solaxay sual verdi:
“Meymunun mənim danışdıqlarımla nə əlaqəsi var?”
İndi bu adam gedib seçicilərlə nə danışacaq, nədən danışacaq? Ölkədə dəyişiklik etmək istəyirlər, amma dəyişiklik etmək istədikləri ölkəni tanımırlar. Xalqı dəyişmək istəyirlər, amma dəyişmək istədikləri xalqı tanımırlar. Bu nə qeyri-ciddilikdir? Bu nə infantillikdir?
Bəylər və xanımlar, gəlin sizə bir söz deyim, amma xahiş edirəm sözümü qəribçiliyə salmayın. Vitrindəki üç-beş, beş-on adam sizi aldatmasın. Mümkünsə əhatə dairənizdən kənara çıxın, həqiqi mənzərələrlə tanış olun. Bir də bunu heç unutmayın! Qıraqda akulalar var. Onlar sakitcə pusquda dayanıblar. Bir az “münbit şərait” yarandıqda pusquda dayanmış akulalar meydana çıxacaqlar və o zaman vitrindəki üç-beş, beş-on adam sadəcə və sadəcə kənardan şirniquş sümürən uşağa oxşayacaqlar…
Ötənlərdə Aleksey Navalnının bir çıxışına qulaq asdım. Navalnı toxunduğu mövzu ilə “Master və Marqarita” əsəri arasında elə gözəl paralellər apardı kı, məni bir dinləyici kimi onun ünvanına “Əhsən!” sözünü deməyə məcbur etdi.
Yox, söhbət ondan getmir ki, sən bu gün bir əsəri oxuyub, sabah mütləq yeri gəldi-gəlmədi həmin əsər haqqında danışmalısan. Söhbət ondan gedir ki, müsahibəndə, çıxışında hansısa əsərdən yerində gətirdiyin bir sitat, toxunduğun problemlə hansısa əsər arasında apardığın paralellər, yerində işlətdiyin bir atalar sözü, bir el misalı, bir misra, bir beyt səninlə adamlar arasında doğmalıq hissi yarada bilər, müsahibənə, çıxışına xeyli kolorit, şirə qatar.
Azərbaycan adlı camaatın formalaşmasında ədəbiyyat müstəsna rol oynayıb. Bu camaatın ədəbiyyatından xəbərsiz adam, bu camaatı başa düşməkdə, bir siyasətçi kimi onunla dil tapmaqda çətinlik çəkəcək. Təsəvvür edin, dülgər taxtanın xassələrin bilmir, taxtanı tanımır, amma qapı, pəncərə düzəltmək istəyir. Bu necə ola bilər? Siyasətlə ciddi şəkildə məşğul olmaq istəyən adam, ümumiyyətlə, adamlarla işləyən hər bir peşə sahibi (həkim, müəllim və sairə) heç olmasa, ən azı, ölən yeri mənsub olduğu xalqın ədəbiyyatını yaxşıca öyrənməlidir. Bu barədə “Talesiz”- insanın deqradasiyaya uğraması haqqında” adlı yazımda daha ətraflı yazmışam. Təzədən dastan açmaq həvəsim yoxdur. Kimin ürəyi istəsə, kimin meyli çəksə yazını oxuya bilər.
“Talesiz” əla yazıdır. Müəllifi olduğuma görə demirəm, bu, həqiqətən belədir. Mətn məsələsində doğma və yad adam anlayışları mənim üçün mövcud deyil. Hər cür yaramazlıq, əclaflıq edə bilərəm, amma pis mətnə heç vaxt yaxşı mətn deyə bilmərəm. Çox istərdim “Talesiz”i başqa adam yazaydı, mən də bir oxucu kimi oxuyub yazıdan, yazıdakı peşəkarlıqdan, ustalıqdan həzz alaydım. Bundan gözəl nə ola bilər? Kimsə əla yazır, sən də oxuyub feyziyyab olursan. Düşünürsən, xatırlayırsan, sevinirsən, kədərlənirsən, faydalı filmlərin, kitabların adlarını öyrənirsən. Əgər bir az ciddi adamsansa, avara deyilsənsə, lağlağını, ha-ha-ha, hi-hi–hi etməyi özünə peşə seçməmisənsə, adlarını öyrəndiyin kitabları tapıb oxuyursan, adlarını öyrəndiyin filmləri tapıb baxırsan. Neyləyim, görürəm “Talesiz” səviyyəsində yazı yazan adam yoxdur, məcbur qalıb özüm yazıram. Bu, heç də xoş mənzərə deyil. Bu, təxminən 8 Martda bir qadının gül alıb özünə hədiyyə etməsinə bənzəyir. Dəyəsən, bir az uğursuz, yersiz bənzətmə oldu. Nə isə, eybi yox, yola verin getsin.
Söhbətin sırf siyasi tərəfinə gəldikdə isə kiminsə, kimlərinsə hakimiyyətlə alış-verişə girməsinə, alınmasına, satılmasına toxunmağı, ümumiyyətlə, bu barədə danışmağı hal-hazırda özümə yaraşdırmıram. Sadəcə, fürsətdən istifadə edərək bir məsələyə münasibət bildirmək istəyirəm. Narazılığın günü-gündən artdığı yerdə cəsarət faktoru böyük əhəmiyyət daşıyır və nala-mıxa vurmadan birbaşa hədəfi nişan alan, sərt tənqidlər səsləndirən siyasətçilər, ziyalılar narazı eloktoratın rəğbətini qazanır. Bir çox sahələrdə olduğu kimi siyasətdə də necə başlamaq yox, necə qurtarmaq vacib şərtdir.
Belə də ki, əziz yoldaşlar, çox da özünüzü yormayın, narahat olmayın, “meşəbəyi gəlib hamını qovacaq”. Tələsən yerimiz yoxdur! Yaxşı işlər yavaş-yavaş görülür!(azlogos.eu)
Bölməyə aid digər xəbərlər

“İnsan öz qəlbinə nəzər salıb orda ədalət görəndə necə də məmnun olur. Əgər mən daima ədalətin ardınca gedəcəyimə əmin olsaydım, özümü insanların birincisi hesab edərdim.”
Şarl Lui Monteskyö,
“İran məktubları” əsərindən

Müəllifin bütün yazıları - Seymur BAYCAN
Bölməyə aid digər xəbərlər
18-06-2021, 09:14
Seymur BAYCAN - Ataları Anar, Elçin kimi istedadsızlardan... - Seymur Baycan yazır
21-04-2020, 00:05
Seymur BAYCAN - Quldurluğun cəngavərlik kimi təqdim olunması - Seymur Baycan yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək