15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Bitməyən nigarançılıq - Azad Müzəffərli yazır
Tarix: 20-05-2023 19:27 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Azad MÜZƏFFƏRLİ
Yenə də özündə deyildi. Qafası təlatümdəydi. Tutqun səma təhərdi. Danqasında qaramat buludlar əlbəyaxa idi. Nigarançılığı bağrına sığmırdı. “Sərsəm” fikirlər yaxasından əl çəkmirdi ki, çəkmirdi. Görəsən, bədii kitabların onsuz da nazik ipə bənzər taleyi bundan sonra necə olacaq? Son dövrlərdə get-gedə lap dayazlaşan bu gen dünyada həqiqi meyarların ərşə çəkilməkdə olması reallığı onu qozbel eləmişdi. Özünə yer tapmırdı.
Aclıq ona güc gəldi. Heysizdi. “Sərsəm” fikirlərdən də qopa bilmirdi. Lap əldən düşmüşdü. Di gəl, günbəgün artan xərclərin ucbatından məvacibi hələ ay yarı olmamış göyə sovrulmuşdu, qəpiyi də qalmamışdı. Mədəsini necə otaracaqdı, bu da ona əlavə bir yük idi. İllərdi onu əsir-yesir eləyən sual da bir tərəfdən canına üşütmə salırdı. Bircə şeyi qət eləmişdi, buna əmindi; bu dünyada qanan oldun, vay halına!
Aha, deyəsən, indiki halı üçün müvəqqəti də olsa çıxış yolunu tapdı. İntuisiyası dadına yetdi. Əsas sualının yox, hələlik aclıqdan qurtulmağın yolunu deyəsən araya bilmişdi. Közərməkdə olan yaşıl işıqdan qaza gələn mədəsi onu dartışdırırdı, di tərpən. Əlacsızcasına yaxınlıqdakı kitab mağazasına sarı yön aldı. Bəlkə, kitablarından tək-tük də olsa satılanı var? Necə olmasa, ən azı bu ölkədə kifayət qədər tanınmış yazıçılardan biri sayılırdı.
Dəbərdi evinin yaxınlığındakı gözqamaşdıran supermarketlərin əhatəsindəki yetimçəyə bənzər kitab mağazasına sarı. Dolu zənbillərlə o tərəf, bu tərəfə şütüyən adamların arasından bir təhər sivişərək kitab mağazasına dürtüldü.
Tərslikdən ümid qığılcımı yenə közərmədi. Yerli müəlliflərin kitabları elə yerindəcə sayırdı. Olsa-olsa tək-tük dedektivə yiyə duran tapılmışdı. Bu acınacaqlı səhnəni dəfələrlə birə-bir hafizəsinə köçürdüyündən yalnız bir neçə əcnəbi müəllifin kitablarının rəflərdən əskildiyini bir göz qırpımındaca təxmin eləmişdi. Qəflətən ona elə gəldi ədəbiyyat qəbirstanlığındadır. Üst-üstə qalanan kitablar ona qəbirüstü daşları andırdı. Dikinə qoyulan kitabları isə başdaşı sandı. Bu mənzərədən yamanca üşündü, az qala onu titrətmə tuta. Bu dəmdə bayaqdan üsyan qoparan ac-yalavac mədəsinin də ona rəhmi gəldiyini sezdi. Xəcalətindən elə mədəsi təkin büzüşdü, boynu da çiyninə düşdü. Yerindəcə donub qalmışdı. Azca ötmüş bayaqdan mədəsindən də çox ona aman verməyən əsas sualı danqasını dınqıldatdı; bəlkə, beşaddımlıqdakı evindən kitablarından bir neçəsini götürüb qonşuluqdakı parkda özün satasan, başqa neyləyəsisən ki? Aha, pis fikir deyil, doğrudan da, nə edəsiydi ki. Buyruq qulu kimi evinə sarı götürüldü.
Parkda yenicə “kirayələdiyi” oturacağın üzərinə kitablarından bir neçəsini düzməyə macal tapmamış xeyli “oxucu” başının üstünü kəsdirdi. Birnəfəsə qiyməti soruşurdular. Bu barədə o, heç düşünməmişdi. Yenə dadına ilk çatan aclıqdan təngə gələn mədəsi oldu; birdən çaşıb yuxarıdan gedərsən ha, qətiyyən, nə verdilər qənimət bil!
“Qiymət beş manatdan başlayır, kimin gücü nəyə çatır, buyursun...” – qəfil dilindən çıxan bu deyiminə özü də karıxdı. Axı, kitablarının hər biri ona elə bu qiymətə başa gəlmişdi. Yoxa lənət. Bu dəmdə gözü üzbəüzdəki gəl-gəl deyən kafeyə dikildi. Mədəsi var gücü ilə onu döyəcləməyə başladı, əhsən, nə durmusan, kitabsevərlərdən kəramətini əsirgəmə.
Əllərindəki beşliyi ona sarı uzadan-uzadan səbirsizcəsinə onun kitabları imzalamağını istəyir və mobil telefonları ilə fotosessiyaya tələsirdilər. Bu minvalla yarımca saat ərzində kitabların axırına çıxmaqdaydı, bircəciyi qalmışdı. Ara-sıra sancıları ilə ona güc gələn mədəsi niyə özü ilə daha çox kitab gətirmədiyinə görə onu məzəmmətləyirdi. Bu dəfə onunla həmrəydi, xeyli peşimandı. Qətiyyən inanmırdı ki, bir də beləcə kitab satışını özünə rəva bilə.
Nəhayət, sonuncu kitabının alıcısı da ona üz tutdu. Hamı kimi o da qiyməti soruşdu. Deyəsən, müəllifin alayarımçıq cavabı onu açmadı. Qarşısındakı buz heykəli andıran ucaboylu kişi yerindəcə nehrə tək çalxalanırdı. Cibişdanında xeyli pul qalaqlanan, birnəfəsə kafeyə sarı götürülməyə müntəzir olan yazıçı elə istədi desin ki, nə versən, halalındır, alıcı nəhayət ki, dilə gəldi.
- Elə isə bəlkə kitabı götürüb aparım oxuyum, dəyərini əsərinizi bitirəndə sizə çatdırım. Sadəcə telefon nömrənizi mənə verərsiniz ki, sizinlə əlaqə yarada bilim. Təbii ki, elə indicə nömrənizi yazan kimi mən də sizə zəng edəcəm ki, nömrəm sizin telefonunuza düşsün. Arxayın olun, mütləq kitabınızın pulunu ödəyəcəm, söz...
Ömründə ilk dəfə bu dərəcədə karıxdığından bir də onda ayıldı ki, mədəsi telefonunun nömrəsini kitabı şəstlə tutan kəsə döşəyir. Telefonuna gələn qəfil zəngdən diksindi. Ona sarı uzanan əli möhkəmcə sıxıb köhnə tanışlar təkin sağollaşdılar.
Kafedəydi, lap başda lövbər salmışdı. Mədəsi ilə əlli-əlli vururdu. Canına təpər gəlmişdi. Bu məqamda qafasını eşələdi. Ruhu mənalı-mənalı baxışları ilə onu süzürdü, aha, deyəsən, neçə vaxtdı səni sakit buraxmayan sualına nəhayət ki, cavab tapmaqdasan, ey, kefli İskəndər?!. Əvvəlcə heç nə kəsdirə bilməsə də, tezliklə söhbətin nədən getdiyini tutdu. Alnını soyuq tər bassa da, anındaca çöhrəsinə nur ələndi. Əmindi, yaxın günlərdə ona bayaqkı naməlum nömrədən mütləq zəng gələcək. Özünə də, qələminə də qədərincə arxayın olduğundan həmin zəngin ürəyincə olacağına da zərrəcə şübhəsi yoxdu. Mədəsi ilə birgə növbəti badəni də elə ədəbiyyatın və ona dəyər vermək qüdrətində olanların şərəfinə qaldırdı.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək