15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Türk ilahəsi - Azad Müzəffərli yazır
Tarix: 29-04-2020 23:03 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Türkiyə prezidenti Azərbaycanda səfərdəydi. Paytaxtda gəzintiyə çıxmışdı. Hər addımda doğmacasına qarşılanırdı. O da hamını qəlbən salamlayır, sıx ünsiyyət qururdu. Dənizkənarı xiyabanda iynə atsaydın yerə düşməzdi. Xəzri kölgəyə çəkildiyindən hava da ürəkaçandı.
Şıq geyimli balaca Humay da nənəsi və anasıyla birgə bulvarın həzzini çıxarırdı. Bu adı ona təsadüfən verməmişdilər. Oğuz türklərinin qan yaddaşından dünyaya gəlmişdi. Anadangəlmə şahzadəydi, xoşbəxtlik müjdəçisi. Nəsildən-nəsilə ötürülən deyimlərə görə həqiqətən zatı olan kökdən idi. Evdəkilər onu “cənnət məlaikəsi” deyə çağırırdılar. Hamı onu qədim inanclardakı kimi xoşbəxtlik, səadət və firavanlıq rəmzi sanırdı. İsimi qədim türklərin özlərinin tanrıları bildikləri Umay, Humay, Hüma, əcnəbi dillərdə Feniks kimi səslənən mifik quşun adından götülmüşdü. Deyilənə görə, qədim zamanlarda həmin quş kimin çiyninə qonardısa və ya kölgəsi kimin üzərinə düşərdisə, məhz həmən kəsi şah elan edərmişlər. Humay türklərin bu adla bağlı rəvayətlərində söyləndiyi təkin iri gözlü, təbiət qədər əsrarəngiz üz cizgilərinə malik qızdı. Əsilzadəlik, xanımlıq üçcə yaşı yenicə tamam olan bu qızın qanındaydı. Balaca canıynan işvə, naz satmaqda tayı-bərabəri yoxdu. Həlim, ürəyəyatımlı danışığı vardı, səsi də özü kimi gözəldi. Arada zümzümə də edərdi. İnanılası gəlməsə də, kimsəyə aman verməzdi, paltarlarını da özü geyinər, yeməyini də özü yeyərdi. “Özüm, özüm...” deməkdən yorulmazdı. Bir sözlə, nəsillərinin gözünün nuru, qəlbinin yaraşığıydı.

Türkiyə prezidenti onların yaxınlığından ötəndə Humay nənəsi və anası ilə çay süfrəsi arxasında əyləşmişdi. Qardaş ölkənin dövlət başçısını da birinci o gördü, televizordan tanıyırdı. Elə həmin andaca “Azəybaycan, Tüykiyə...” deyə səsini başına atdı. Eşitdiyindən sanki qanad açan prezident tələm-tələsik onlara sarı yön aldı. İlk baxışdan bəlliyidi, uşağa qanı qaynadı. Balaca da canıynan, qanıynan türk balasıydı ki, türk balası. Humay Ankara doğumlu Azərbaycan türkü idi. Atası Hacəttəpə Universitetində doktoranturada təhsil aldığından orada yaşayırdılar. Tətil vaxtıydı deyə Bakıya doğmalarına dəyməyə gəlmişdilər.
- Sağ ol balaca, halal olsun, tarix bizi ayrı salsa da, biz eyni millətik...
- Bu həqiqətən belədir, bizim üçün Azərbaycan və Türkiyə eyni dərəcədə doğmadır, bizi kimsə ayıra bilməz! - deyə ətrafdan sədalar ucaldı. Baş verənləri körpə fəhmiylə anındaca tutan Humay səsini bir az da ucaltdı; “Azəybaycan, Tüykiyə mənim üyəyimdi!”
- Can, bəs, bu şahzadə xanımın adı nədir? - deyə prezident körpəni var gücüylə bağrına basdı.
- Humay...
- Hə, nə gözəl addı, bu ki, biz türklərin ilahəmizdi... Adı ilə böyüsün...
- Var olun, yaşasın müstəqil Türkiyə və Azərbaycan!!! - Alqış sədaları yenidən ucaldı.
Xoşbəxtliyin ərşə bülənd olduğu bu dəmdə balaca Humay prezidentə səsləndi:
- Sən biliysən, mənim çoxlu oyuncaqlayım vay; beş dənə Baybim, başqa kuklayayım, qablayım, qaşıqlayım, fincanlayım, itim – adı Toplandı... Qışda Şaxta baba da mənə hədiyyələy veymişdi...
- Ay can, sən nə bildin ki, mən də sənə oyuncaqlar gətirmişəm, ey dünya gözəli, şahzadələr şahzadəsi... – deyən Türkiyə prezidenti köməkçilərinə göz-qaşla hədiyyələri gətirməyi işarə elədi. Dünya görmüş kişiydi, əvvəlcədən qarşısına çıxacaq körpələri də unutmamışdı, hazırlıqlı gəlmişdi.
Bir qucaq oyuncaq sovqatını sinəsinə bərk-bərk sıxan Humay “Çox sağ ol” deməyi də unutmadı. Ağlı iynə ucu boyda kəsəndən beləydi, nəzakət dağarcığıydı. Sevinci yığıb-yığışdırmaqla qurtaran deyildi. Balacalar üçün oyuncaqlardan dəyərli nə ola bilər ki... Handa-handa, yəqinki, nənə-babası...

Körpə, eləcə də, ətrafdakılarla doğmacasına sağollaşan prezident təzəcə aralanmışdı ki, qəfil nəsə yadına düşən və əlindəki oyuncaqları tələm-tələsik anasına və nənəsinə uzadan Humay “Baba, baba...” qışqıraraq ali qonağa sarı götürüldü. Balacanın səsinə qanrılan prezident onu göyə qaldırıb yenidən doğma balası təkin bağrına basdı:
- Səni Tanrı qorusun!
Humaysa canfəşanlığından qalmırdı, ciddi-cəhdlə kürəyinə keçirdiyi çantasını çıxarmağa çalışırdı. Heç kəsə imkan verməyən prezident böyük maraqla özü ona kömək elədi. Balaca bir göz qırpımında çantasını açdı və oradan iki bayraq çıxardı; bu Azərbaycanın və Türkiyənin bayraqları idi. Tezcənə bütün uşaq səmimiyyətilə bayraqları köksünə bənd eləyərək bərk-bərk qucaqladı. Bu mənzərəni seyr edənlərin də, prezidentin də göz yaşları selə döndü.
Səadət dolu anların şahə qalxdığı bir məqamda Humay məsumcasına hər iki bayrağı şəstlə prezidentə sarı uzatdı. Tövründən bəlliydi, bu da dost ölkənin başçısına onun hədiyyəsi idi. Xoşbəxtliyindən çöhrəsi çiçək açan prezident bayraqları əvvəlcə böyük şərəf və izzətlə gözünün üstə qoydu, sonra öpərək havada yelləməyə başladı: “Azərbaycan – Türkiyə iki dövlət, bir millət!”.
Hamı sarsılmaz şövqlə yenidən onun səsinə səs verdi.
Balacanın bu incə jestindən kövrələn prezident sonda dili güclə söz tutacaq tərzdə yalnız bunları deyə bildi: - Bütün ömrüm boyu mənə hədiyyə edilənlərdən bundan dəyərlisini xatırlamıram!
P.S: Bu hekayə üç yaşlı nəvəm Humay Mövsümlünün şəxsində bu adı daşıyan bütün körpələrə həsr olunub.
Bölməyə aid digər xəbərlər

(hekayə)

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək