15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Dərya hikməti - Azad Müzəffərli yazır
Tarix: 18-01-2024 18:59 | Bölmə: Azad MÜZƏFFƏRLİ

Azad Müzəffərli
(hekayə)
İstirahət günü idi. Çoxdandır görüşmədiyi balıqçı dostları onu rayona ova aparmışdılar. Axırıncı dəfə nə vaxt balığa getdiyi yadından belə çıxmışdı. Tilovu atmağı ilə çıxarmağı bir oldu. İlk cəhdindəcə qarmağına çox iri balıq düşmüşdü. Ona zarafatlarından qalmayan dostları isə ha əlləşsələr də, xırda-mırda balıqlarla kifayətlənməli olurdular. Nədənsə, iri balıqlar onların tilovuna yaxın gəlmirdi. Əlacsızlıqdan zarafatları şahə qalxmışdı. Uğunmaqdan birtəhər olmuşdular.
Deyəsən, gözləri dəydi. Tilovunun qarmaqlarına cürəbəcür yemlər taxsa da, heç cür ikinci balığı tuta bilmirdi. Bu nə sirrdisə, anlamaqda acizdi. Balıqçı dostları isə nəhayət ki, çəminə düşmüşdülər, elə bir ucdan irili-xırdalı balıqları dənləyirdilər. Az qala gölün axırına çıxalar. İndi zarafatın cilovunu o, ələ keçirmişdi.
Qisməti bağlanmışdı. Balıqlar onun tilovundan lovğa-lovğa yan ötürdülər. Bəziləri arada-bir ona çəpəki nəzər də yetirirdilər. Sanki nəyəsə işarə eləyirdilər. Buna bənd imiş kimi qəflətən yaddaşında yeniyetməlik çağları canlandı.
Orta məktəbdə oxuyurdu. Dərslərdən imkan düşən kimi qonşu uşaqları ilə birgə həftədə bir neçə dəfə balıq tutmağa yollanardılar. Uzağa yox, məhəllələrinin yaxınlığına. O vaxtlar Yasamalda bir neçə göl var idi. Özbaşına salınmış daş karxanalarının yerində əmələ gələn həmin göllərdə xeyli balıq olardı. Yasamal uşaqları tez-tez buralara baş çəkərdilər. Bu göllərdən ikisi “Qələbə” kinoteatrı ilə üzbəüzdə yanaşıydılar. Birinə el arasında “Qızıllı karyer” deyərdilər. Hələ də qurudulmayan həmin göldə qızıl balıqlar daha çox olduğundan adı belə qalmışdı. Buradan tutduğu balıqları həyətlərində tikdiyi hovuza buraxardı. Nisbətən irilərini isə bişirərdilər.
Nədənsə bir dəfə balığa tək getməli olmuşdu. Tərslikdən elə indiki kimi balıqlar tilovundan yan qaçırdılar. Cəmi bircə dənə bir o qədər də böyük olmayan balıq tutmuşdu. Ha əlləşsə də, xeyri yoxdu. Əvvəlcə bunu yenə də tüğyan edən Bakı küləyinin ayağına yazmağa cəhd elədi. Qonşuluğuna nəzər yetirəndə bunu əsassız saydı. Axı, onun bir neçə metrliyindəki nataraz bığlı kişinin tutduğu balıqlar saya gəlmirdi. Sezdirmədən bir gözü ondaydı. Nədənsə, onu malakana bənzədirdi. Müdrik kəsə oxşayırdı. Nəhayət ki, səbrini basa bilmədiyindən, ona yaxınlaşaraq nədən tilovuna balıq gəlmədiyini soruşdu. Dodağı azacıq qaçan ağsaqqal bunun səbəbini ondan əsirgəmədi. Cavab inandırıcı gəlməsə də, yoxlamaq qərarına gəldi. Sən demə, ta qədimlərdən tutduğun ilk balığı ölçüsündən asılı olmayaraq dəryaya qaytarmaq məsləhət bilinib.
Vedrəsindəki təkcənə balığı gölə buraxmağı ilə mahir ovçuya döndü. Balıqlar ona yemi qarmağa keçirməyə belə imkan vermirdilər. Hətta, tilovunun qarmaqlarının bir neçəsinə eyni vaxtda balıqlar düşürdü. Dədə Qorqud görkəmi alan balıqçı qonşusu da arada ona göz vuraraq sevincinə şərik olduğuna işarə eləyirdi. Tezliklə vedrəsi zığ verdi, balıqla doluydu. Qonşusuna sidqi-qəlbdən minnətdarlığını yetirib evə sarı götürüldü.
Qanadları olsaydı, uçardı da. Vedrəyə birtəhər gücü çatdığından səndirləyə-səndirləyə yolu təzəcənə yarı eləmişdi ki, qəfil başı çöndü. İçindən tutduğu bütün balıqları gölə qaytarmaq istəyi keçdi. Bu necə baş verdi, özü də heç cür anlaya bilmirdi ki bilmirdi. Tamah ona güc gəlsə də, niyyətindən daşınmaq fikrindən uzaqdı. Yerindəcə donub qalmışdı. Aclıq da bir yandan yaxasını dartışdırırdı. Di gəl, bir də onda ayıldı ki, bayaq balıq tutduğu yerdədi. Daxilindən gələn sədaya təslim olaraq sözünə baxmağa taqəti qalmayan qollarına birtəhər güc gəlib vedrəni gölə sarı endərdi. Bayaqdan yarımcan olan balıqlar haray-həşirdəydilər. Doğma yurda daraşaraq sanki yallı gedirdilər, o tərəf-bu tərəfə üzməkdə yarışa girişmişdilər. Bütün varlığı ilə bu əsrarəngiz səhnəni seyr edərkən bayaqdan kiminsə ona diqqət kəsildiyinin nəhayət mahiyyətinə vardı. Həmən qocaydı. Çöhrəsi nur saçırdı, bir az da qımışan təhərdi. Bu dəfə özü də bilmədən o, qocaya göz basdı. Qaranəfəsə evə sarı götürüldü.
Məhəllələrinə çatahaçatda qızardılmış balığın ətri onu ağuşuna aldı. Çaşbaşdı. Mədəsi bir az da qaza gəldi. Evlərinə yaxınlaşdıqca balıq ətri daha da güclənirdi. Bundan duyuq düşər-düşməz addımlarını bir az da yeyinlətdi.
Yanılmamışdı. Mənzillərinin kandarı balıq ətrinə bürünmüşdü. Sən demə atasının Naxçıvan və İmişlidən təşrif buyuran tələbə dostları bayaqdan onlarda qonaq imişlər. Özü də necə lazımdır, əlidolu gəliblərmiş. Evdə növbənöv balıq əlindən tərpənmək olmurdu. Qonaqları salamlamağı ilə “Şükür sənin kəramətinə Tanrı”,- deyərək dadı damağa güc gələn balıq qızartması və kababına girişdi. Bəsdi deyincə mədəsini otardı.
Bayaqdan oğrun-oğrun onun pəjmürdə halına bığaltı qımışan balıqçı dostları nəhayət onu xəyallar aləmindən qopardılar. Tilovundakı yemləri balıqlar xeyli vaxtdı çırpışdırdığından məzəli səhnə yaranmışdı. Bu vəziyyətdən duyuq düşərək yeniyetməlik xatirələrindən qopan təkin o, tezcənə bayaq tutduğu yarımcan yekəpər balığı ləyəndən dəryaya buraxdı. Quyruğunu şappıldadaraq ona minnətdarlığını yetirən həmən balıq bir göz qırpımındaca suyun dərinliyinə - özünkülərə sarı götürüldü. O isə arxayıncasına tilovunun qarmaqlarına yem keçirirdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ
Bölməyə aid digər xəbərlər
9-08-2020, 16:22
Azad MÜZƏFFƏRLİ - Erməni qaraçıları, yoxsa, qaraçı ermənilər - Azad Müzəffərli yazır

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək